Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Araik Arutyunyan İrəvana necə gedəcək və necə gələcək? - Şərh

Ermənistan parlamentində müharibədə məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiyasına Qarabağ separatçılarının başçısı da çağrılıb...

Politoloq: “Əgər Araik Arutyunyanın İrəvana getməsi razılaşdırılarsa, Rusiya hərbi kontingentinin bilvasitə müşayiəti ilə aparıla bilər. Ancaq bunun üçün mütləq mənada Azərbaycanla Ermənistan dövləti arasında konkret razılaşma olmalıdır”.

“Araik Arutunyan başqa yolla, hansısa qaçaqmalçılıq, sərhəddən sızma yolu ilə İrəvana gedə bilər. Bu da Arutyunyan üçün çox böyük təhlükələr vəd edir”.

Bu sözləri politoloq Natiq Miri Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın İrəvana çağırılmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ermənistan parlamentində müharibədə məğlubiyyətin səbəblərini araşdıran istintaq komissiyası müəyyən şəxslərin dindirilməsini davam etdirir. Artıq iyunun 20-də komissiyada baş nazir Nikol Paşinyan dindirilib. Diqqət çəkən məqamlardan biri odur ki, istintaq komissiyasına Qarabağ separatçılarının başçısı Araik Arutyunyanın da çağırılacağını bildirilir. Məlumdur ki, aprel ayından etibarən Azərbaycan Laçında sərhəd-buraxılış məntəqəsi yaradıb. Qarabağdan Ermənistana və əks istiqamətə gediş-gəliş sərhədçilərimiz tərəfindən yoxlanılır.

Belə olan halda Arutyunyan İrəvana necə gedəcək və necə gələcək?

Mövzunu Poliqon-un əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri ilə müzakirə edib.

Natiq Miri: “Araik ən azından Azərbaycan dövlətinin təhlükəsizlik xidmətinin, sərhəd qoşunlarının, yaxud da Azərbaycan ordusunun əlinə keçə bilər”.

Araik Arutunyanın Azərbaycan dövlətinə, Azərbaycanın mülki insanlarına qarşı cinayət törətmiş şəxs olduğunu xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bilvasitə özünün də etiraf etdiyinə görə Tərtərə, Gəncəyə atılan ballistik raketlərin, yəni kütləvi insan təlabatı ilə müşahidə olunan silahların atılmasının əmrini məhz özünün verdiyini dəfələrlə bəyan edib. Bu da cinayət tərkibi üçün yetərlidir:

“Əgər Araik Arutyunyanın İrəvana getməsi razılaşdırılarsa, Rusiya hərbi kontingentinin bilvasitə müşayiəti ilə aparıla bilər. Ancaq bunun üçün mütləq mənada Azərbaycanla Ermənistan dövləti arasında konkret razılaşma olmalıdır. Doğrudur, bu yöndə hələlik hüquqi bir razılaşma yoxdur. Çünki iki ölkə arasında diplomatik münasibətlər sistemi mövcud deyil.

Ancaq hər bir halda düşünürəm ki, danışıqlar yolu ilə bu məsələni razılaşdırmaq olar. Çünki nə qədər özlərini müstəqil subyekt saysalar da, əgər Araik Arutyunyan Qarabağda uzun müddət yaşayıb Azərbaycan vətəndaşıdırsa, bu Azərbaycanın razılığı ilə mümkün ola bilər. Ancaq bildiyimiz kimi Qarabağdakı ermənilər, başda da seperatçı rejimin rəhbərləri özlərini müstəqil subyektin vətəndaşı kimi təqdim edirlər.

Araik Arutunyan başqa yolla, hansısa qaçaqmalçılıq, sərhəddən sızma yolu ilə İrəvana gedə bilər. Bu da Arutyunyan üçün çox böyük təhlükələr vəd edir. Yəni, Araik ən azından Azərbaycan dövlətinin təhlükəsizlik xidmətinin, sərhəd qoşunlarının, yaxud da Azərbaycan ordusunun əlinə keçə bilər.

Natiq Miri: “Əgər Ermənistanla Azərbaycan arasında bu məsələ ciddi müzakirə predmeti olarsa, anlaşma mümkündür”.

Buna görə də mənə elə gəlir ki, bu məsələ sadəcə olaraq hüquqi bir prosedur olaraq diqqətdə, nəzərdə saxlanılıb. Əgər bu həqiqətən də vazkeçilməz bir proses halını alarsa, bu zaman Ermənistan hökuməti Azərbaycana müraciət edə bilər. Bu da ya Rusiya hərbi kontingenti vasitəsilə, ya da birbaşa Azərbaycan-Ermənistan arasında olan müəyyən razılıqlar əsasında həyata keçirilə bilər.

Ancaq hər bir halda düşünmürəm ki, Azərbaycan buna getsin. Çünki Araik Arutunyan Azərbaycan dövlətinə, Azərbaycanın mülki insanlarına qarşı cinayət törətmiş şəxsdir. Bilvasitə özünün də etiraf etdiyinə görə Tərtərə, Gəncəyə atılan ballistik raketlərin, yəni kütləvi insan təlabatı ilə müşahidə olunan silahların atılmasının əmrini məhz özünün verdiyini dəfələrlə bəyan edib. Bu da cinayət tərkibi üçün yetərlidir.

Bu baxımdan Araikin İrəvana getməsi bir az problematikdir. Ancaq düşünürəm ki, hər bir halda bunun yolu mümkündür. Əgər Ermənistanla Azərbaycan arasında bu məsələ ciddi müzakirə predmeti olarsa, anlaşma mümkündür. Bəlkə də, birdəfəlik Azərbaycandan çıxarılaraq, başını götürüb harasa qaçmaq xarakterli də olsa, bu məsələyə Azərbaycan razılıq verə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar