Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM sədri: "Məktəblərdə imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm"

"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik"...

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir".

"29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri bildirib.




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb   

Ən çox oxunanalar