Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan sərhəddə ordu yığır... - İrəvan gərginliyin artmasında niyə maraqlıdır?

Hazırda hər gün Ermənitan yalan məlumat yayaraq Azərbaycanı atəşkəsi pozmaqda ittiham edir...

Politoloq: “Artıq uzun müddətdir ki, Ermənistan hərbi-siyasi təxribatlar törətməklə regionda məqsədlərinə çatmağa çalışır”.

Azərbaycanın da səbri hədsiz deyil və region hərbisizləşdirilmədikcə, rəsmi Bakı təhlükəsizliyi təmin etmək üçün müvafiq addımlar ata bilər”.

Bu sözləri politoloq İlyas Hüseynov Ermənistanın Azərbaycanla sərhəddə qoşun yığmasını Poliqon-a şərh edərkən qeyd edib.

“Sisakan” dəstəsinin döyüşçüsü Aşor Avaqyan bildirdib ki, ermənilər Azərbaycan sərhədinə ordu yığır. O, həmçinin qeyd edib ki, sərhəddəki qüvvələr ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Hazırda hər gün Ermənitan yalan məlumat yayaraq Azərbaycanı atəşkəsi pozmaqda ittiham edir.

Bəs Ermənistan sülh danışıqlarının aktiv fazasında gərginliyin artmasında niyə bu qədər maraqlıdır? İrəvanın əsas məqsədi nədir?

Ermənistanın Azərbaycana qarşı atdığı növbəti məkirli addımını Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Hazırkı durumda Ermənistan bu cür addım atmaqla həm də, müasir geosiyasi reallıqları dəyişmək məqsədini daşıyır”.

Region hərbisizləşdirilmədikcə, rəsmi Bakının təhlükəsizliyi təmin etmək üçün müvafiq addımlar ata biləcəyini xatırladan politoloq vurğulayıb ki, bu addımlar sırasında anti-terror əməliyyatları ən mühüm çıxış yoludur:

“Artıq uzun müddətdir ki, Ermənistan hərbi-siyasi təxribatlar törətməklə regionda məqsədlərinə çatmağa çalışır. Bu məqsədlər əlbəttə ki, sülh istiqamətində aparılan işin üzərindən xətt çəkmək, əldə olunmuş razılıqları sıfırlamaq və eyni zamanda ümumi bir fikrin yaranmasına qarşı çıxmaqdan ibarətdir.

Buna görə də hazırda məhz hərbi seqmentin işə düşməsi, hərbi sahədə hərəkətliliyin yaranması, Azərbaycanla sərhəddə ordu çəkməklə ordunun yüksək döyüş hazırlığına gətirilməsi birbaşa olaraq bütün sövdələşmələrin əldə olunmasına dair 3 ilə yaxın gedən proseslər fonunda Ermənistanın məkirli niyyətlərindən xəbər verir.

Məlumdur ki, Azərbaycanın da səbri hədsiz deyil və region hərbisizləşdirilmədikcə, rəsmi Bakı təhlükəsizliyi təmin etmək üçün müvafiq addımlar ata bilər. Bu addımlar sırasında anti-terror əməliyyatları ən mühüm çıxış yoludur. Buna görə düşünürəm ki, məhz elə anti-terror əməliyyatlarının həyata keçirilməsi fonunda Ermənistan Azərbaycanla sərhəddə təxribatları gücləndirməklə Azərbaycan ordusunun diqqətini iki cəbhəyə çəkmək niyyəti güdür. Buna görə də hazırkı durumda Ermənistan bu cür addım atmaqla həm də, müasir geosiyasi reallıqları dəyişmək məqsədini daşıyır.

İlyas Hüseynov: “Məhz elə anti-terror əməliyyatlarının həyata keçirilməsi fonunda Ermənistan Azərbaycanla sərhəddə təxribatları gücləndirməklə Azərbaycan ordusunun diqqətini iki cəbhəyə çəkmək niyyəti güdür”.

Eyni zamanda kommunikasiya xətlərinin üzərində də bir mübarizə gedir. Rusiyanın əsas məqsədi kommunikasiya xətləri üzərində dominantlığını formalaşdırmaqdır. Baxmayaraq ki, artıq yekun fikirlər bundan ibarətdir ki, kommunikasiya üzərində suverenlik hüququ tanınacaq. Lakin istənilən halda son günlər görürük ki, Rusiya Qafanda konsulluq açmaq niyyətini ifadə edib. Həmçinin Rusiya günü böyük dəbdəbə ilə Sünik bölgəsində keçirildi. Bu torpaqlar da Qərbi Zəngəzur ərazisi olmaqla tarixi Azərbaycan torpaqlarıdır.

İstənilən halda hərbi sahədə də Azərbaycan diqqətini gücləndirməlidir. Bildiyimiz kimi bizim Ermənistanla şərti sərhəddə üstünlüyümüz var. Lakin Ermənistan arxasında olan havadarlarının köməkliyi ilə və onlara verilən silahlardan istifadə edərək sərhəddə ciddi baş ağrısı törədə bilər. Buna görə də düşünürəm ki, hazırda siyasi və hərbi sahədə Azərbaycan öz qətiyyətliliyini, prinsipiallığını daha da davam etdirməlidir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib

Azərbaycanda qadın müdirindən uşaq dünyaya gətirdi

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama

İpoteka artırıldı: Bakıda mənzillər bahalaşacaq

Polşa klubunun futbolçusu Azərbaycan millisi ilə oyunu buraxa bilər

Ən çox oxunanalar