Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Muğan Bank”ın İmişli məhkəməsi ilə iş birliyi və pensiyadan məhrum olan vətəndaş...

İmişli rayon sakini, pensiyaçı Sarıyev Tofiq Saday oğlu redaksiyamıza müraciət edərək “Muğan Bank”ın qanunsuzluğundan şikayətlənib...

Qeyd edək ki, şikayət məktubu ölkə prezidentinə və Mərkəzi Bankın rəhbərliyinə ünvanlanıb.

Tofiq Sarıyev bildirir ki, dövlət başçısının 28 fevral 2019-ci ilin fərmanına baxmayaraq, “MuğanBank” İmişli filialı, İmişli Məhkəməsiylə ələqəyə girərək 2018- ci il 19 dekabr tarixinə əmr çıxarılmasına nail olub və əmr 2021-ci ildə İmişli məhkəmə icraçılarına göndərilib. Bu barədə nə həyat yoldaşıma, nə də mənə heç bir bildiriş və müraciət göndərilməyib. Məhkəmə sədrinin qərarından yalnız 2021-ci ildə pensyalarından pul tutulanda xəbər tutublar.

Vətəndaş T.Sariyev hesab edir ki, İmişli Məhkəməsi bu qərarı keçmiş tarixə verib. Çünki “MuğanBank” İmişli filialı 2019-un mayında onları bank filialının ofisinə çağırıb yeni müqavilə təklif ediblər. Vətəndaş haqlı olaraq sual edir ki, əgər həqiqətən 2018-ci ildə məhkəmə qərarı var idisə, niyə 2019-un mayında onları bank filialının ofisinə çağırıb yeni müqavilə təklif ediblər. Digər tərəfdən məhkəmə prosesi və verilən qərarla bağlı qarşı tərəf niyə məlumatlandırılmayıb?

Poliqon İmişli sakini Tofiq Sarıyevin şikayət məktubunu olduğu kimi təqdim edir:

“Bu məktubu yazmaqda məqsədim üzləşdiyim qanunsuzluqları ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan zati-aliləri İlham Əliyevə və Mərkəzi Banka çatdırmaqdır.

Həyat yoldaşım, əmək pensiyaçısı Sariyeva Marusa Həsən qızının (İmişli sakini - vaxtilə İmişli şəhəri, Qaçaq Nəbi küçəsi 73 ünvanında rəsmi qeydiyyatda olmuşuq, hazırda faktiki yaşayış yerimiz Muradallı kəndidir) adına 2015-ci ildə “Muğan Bank”dan 2111 dollar məbləğində kredit götürmüşdük. 2017-ci ilin noyabır ayına qədər 2291 azn ödəniş etmişəm. Kredit götürəndə dolların manata nisbəti 1manat 05 qəpik idi. Dollar qalxandan sonra ödənişi dayandırdıq.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev tərəfindən çox humanist addım atılaraq 28 fevral 2019-ci il tarixində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalandı.

“Muğan Bank” İmişli filialının o zamankı rəhbərliyi həmin ilin may ayında bizi bank filialına dəvət edərək 5 il müddətinə ödəniş olunması barədə yeni müqavilə imzalamağımızı istədi. Ödəniş etdiyimiz məbləğin əsas hissəsini bank faizlərinə, yalnız az bir hissəsinin borcdan çıxıldığını görüb bu ədalətsiz yanaşmaya etiraz etdik və müqaviləni imzalamaqdan imtina etdik.

Sonra cənab Prezidentimizin Fərmanına məhəl qoymayan bank tərəfindən bizim kreditlə bağlı sənədləri kredit ödənişinin gecikdirilməsi kimi İmişli məhkəməsinə göndərilib. 28 fevral 2019-ci ilin fərmanına baxmayaraq, “MuğanBank” İmişli filialı, İmişli Məhkəməsiylə ələqəyə girərək 2018- ci il 19 dekabr tarixinə əmr çıxarılmasına nail olub və əmr 2021-ci ildə İmişli məhkəmə icraçılarına göndərilib. Bu barədə nə həyat yoldaşıma, nə də mənə heç bir bildiriş və müraciət göndərilməyib. Məhkəmə sədrinin qərarından yalnız 2021-ci ildə pensyamızdan pul tutulanda xəbər tutumuşuq.

Əgər həqiqətən 2018-ci ildə məhkəmə qərarı var idisə, niyə 2019-un mayında bizi bank filialının ofisinə çağırıb yeni müqavilə təklif edəndə, bu barədə bizə məlumat verilməyib? Bu şübhə doğurmurmu?

Eyni zamanda, cənab Prezidentin məlum fərmanı niyə bizə tətbiq edilməyib və etdiyimiz ödənişin hansı haqla böyük hissəsini öz maraqlarına uyğun olaraq faizə çıxıblar? Sizdən xahiş edirəm ki, müraciətimin ictimailəşdirilərək Cənab Preizdenİlham Əliyevə, Mərkəzi Banka çatdırılmasına yardım edəsiniz!

Hörmətlə, Sarıyev Tofiq Saday oğlu (pensiyaçı), İmişli rayon sakini”.

Qeyd edək ki, məsələ ilə bağlı “Muğan Bank”la iki dəfə əlaqə saxlamağa çalışdıq. Lakin Bankdan bizə bu məsələ ilə bağlı açıqlama verəcək səlahiyyətli heç kəs tapılmadı...

Bütün halalrda qarşı tərəfin möşqeyini dərc etməyə hazırıq...

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar