Bazar ertəsi, 03 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN: Ötən sutka 49 yanğına çıxış olub, 11 nəfər xilas edilib

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər xilas edilib...

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 49 yanğına çıxış, 12 halda köməksiz vəziyyətdə qalma və 1 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 11 nəfər xilas edilib. Həmçinin, yanğınlar zamanı 8 nəfər təxliyə olunub, 6 nəfər yanıq xəsarəti alıb.

Bundan başqa, Xızı rayonunun Ağdərə kəndində intensiv yağan yağışlar nəticəsində yararsız vəziyyətə düşmüş avtomobil yolunda avtobusda köməksiz vəziyyətdə qalmış 1-i uşaq və 14-ü qadın olmaqla 22 nəfər vətəndaş təxliyə edilib.

Poliqon.info


Etiket: FHN


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda sükan arxasındakı qızın bu hərəkəti müzakirə yaratdı - Video

Səudiyyə Ərəbistanı “Sülh sammiti”ndə iştirak etməyəcək

Azərbaycan gimnastları Monteneqroda yeddi qızıl medal qazanıblar - Fotolar

COP29 Sədrliyinin Könüllülər Mərkəzinin açılışı olub

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Final: "Qarabağ" - "Zirə" matçı - Start heyətlər

İƏT ölkələri turizmin üç növünün gələcək inkişafı ilə bağlı razılığa gəliblər

İsrail vətəndaşlarının Maldivə girişi qadağan edilib

Ən çox oxunanalar