Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya ilə əlaqəli hakerlər Avropa banklarını kiberhücumla hədələyir

Rusiya ilə əlaqəsi olan üç haker qrupu Avropadakı banklara kiberhücum həyata keçirməklə hədələyir...

Poliqon xəbər verir ki, bu barədə RTL Niews nəşri məlumat yayıb.

Söhbət “Anonymous Sudana”, “Revil” və “Killnet” qruplarından gedir. Onların bəyanatında deyilir ki, hücum Qərbin Ukraynaya dəstəyinə cavab olaraq həyata keçirilir. “Pul yoxdursa, silah yoxdursa, Kiyev rejimi də yoxdur”, deyə haker qrupları bildirir.

Niderlandın kibertəhlükəsizlik şirkəti “Computest” təhlükəni real adlandırıb, lakin hakerlərin hücumu həyata keçirib-keçirə biləcəklərini bilmir. Digər kibertəhlükəsizlik şirkəti “FalconFeeds” şirkəti SWIFT bank sisteminin hakerlərin hədəfi ola biləcəyini etiraf edib. Portalın aydınlaşdırdığı kimi, maliyyə sistemi SWIFT-in uzunmüddətli pozulması səbəbindən ciddi zərər dəyə bilər, çünki bu sistem “müəyyən məlumatları mərkəzdən idarə edir”.

Yanvar ayında “Killnet” hakerləri Niderlandda xəstəxanaya kiberhücum etməkdə ittiham olunub. Hücum edənlər “Ukraynada nasistləri dəstəkləmək üçün tibb müəssisələrini dağıddıqlarını” bildiriblər. Fevral ayında “Killnet” hakerləri Amerikanın Almaniyadakı Ramstein hərbi bazasının vebsaytının sındırıldığını elan etmişdilər. NATO-nun bir neçə saytı da sındırılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar