Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanı silahlandıran İran Tehranda səfirliyimizin açılmasında niyə bu qədər israr edir?

İran Xarici İşlər Nazirliyinin sözçüsü Tehrandakı səfirliyin işinin bərpa edilməsi ilə bağlı Azərbaycanla İran arasında danışıqlar getdiyini bildirib...

Siyasi-şərhçi: “İran Azərbaycandakı mövqelərini, xüsusən də agentura şəbəkəsinin tamamilə ortadan qalxmasını istəmir”.

Azərbaycanİran arasında keçirilən mütəmadi danışıqlar məhz səfirliyin bərpa olunması yönündədir. Lakin Azərbaycan tərəfinin burada haqlı tələbləri var”.

Bu sözləri siyasi-şərhçi İlyas Hüseynov Azərbaycanın İrandakı səfirliyinin bərpa ilə bağlı aparılan danışıqları Poliqon-a şərh edərkən qeyd edib.

Dünən İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kaanani Tehrandakı səfirliyin işinin bərpa edilməsi ilə bağlı Azərbaycanla İran arasında danışıqlar getdiyini və danışıqlarda inkişafın əldə olunduğunu bildirib. İran XİN-nin mətbuat katibi bildirib bununla bağlı tərəflər 4 dəfə telefon danışığı aparıb. Bundan başqa tərəflərin nümayəndə heyəti də görüşüb.

İran Tehrandakı səfirliyə hücumu obyektiv araşdırmadığı və üzr istəmədiyi təqdirdə səfirliyimizin yenidən açılmasını mümkündür? Digər tərəfdən, Ermənistanla iş birliyi içində olan və İrəvanla müttəfiqlik siyasəti yürüdən İran niyə Azərbaycanın Tehrandakı səfirliyinin açılmasında bu qədər israr edir?

İran-Azərbaycan münasibətlərini Poliqon-un əməkdaşı siyasi-şərhçi İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Diplomatik münasibətlərin bərpa olunması ilə bağlı verilən mesajlar riyakarlıqdan başqa bir şey deyil”.

Hazırkı durumda danışıqlar məhz səfirliyin bərpa olunması yönündə olsa da, arxa plandakı problemli proseslərin də diqqətlə izlənməli olduğunu vurğulayan ekspert Poliqon-a bildirib ki, İranla münasibətlərdə problemlərin qarşlıqlı şəkildə həllinə uyğun addımların atılması tələb olunur:

“Bu gün Azərbaycanİran ən soyuq münasibətlər dövrünü yaşayır. Tehrandakı səfirliyimizin edilən qanlı terror hücumu nəticəsində səfirlik əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi baxımdan onlar təxliyə edildi. Baş verənlərdən sonra Azərbaycanın İrandakı səfirliyi faktiki olaraq fəaliyyət göstərmir.

Azərbaycanİran arasında keçirilən mütəmadi danışıqlar məhz səfirliyin bərpa olunması yönündədir. Lakin Azərbaycan tərəfinin burada haqlı tələbləri var.

Birinci, səfirliyimizə edilən hücumun araşdırması obyektiv və şəfaf aparılmalıdır. Cinaykar və onun arxasında duran qüvvələr məsuliyyətə cəlb olunmalıdır. Onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Yalnız İran tərəfinin üzr istəməsi, baş verənlə bağlı təəssüf duyması və araşdırma aparılması ilə bağlı verilən bəyanatla kifayətlənmək düzgün olmaz.

İlyas Hüseynov: “İran Ermənistana logistik dəstək göstərir və hədəf əlbəttə ki, Azərbaycandır və regionda güc balansını dəyişməkdir”.

İkincisi, Ermənistanla iş birliyi içərində olan İranla hazırkı dövrdə diplomatik münasibətlərin qurulması, əməkdaşlıq haqqında təəssüratın formalaşması düşünürəm ki, doğru deyil. Çünki etibarlı mənbədən əldə olunan məlumata görə, Fransa prezidentinin dəstəyi və siyasi qərarı ilə Hindistanda istehsal olunan, özüyeriyən arteria qurğularının İran vasitəçi ilə Ermənistana göndərilməsi gündəmdədir. Yəni İran Ermənistana logistik dəstək göstərir və hədəf əlbəttə ki, Azərbaycandır, regionda güc balansını dəyişməkdir. Ölkəmizə qarşı yeni müharibə ehtimalı və burada Ermənistanın silahlandırılmasıdır.

Bütün bu proseslərin getdiyi fonunda diplomatik münasibətlərin bərpa olunması ilə bağlı verilən mesajlar riyakarlıqdan başqa bir şey deyil. Düşünürəm ki, hazırkı durumda danışıqlar məhz səfirliyin bərpa olunması yönündə olsa da, arxa prosesləri də diqqətlə izləmək və ona uyğun addımlar atmaq tələb olunur.

İlyas Hüseynov: “İran baş verənlərdən heç də peşman deyil və əsas məqsədi təbii ki, Azərbaycandakı təsir gücünü qoruyub saxlamaqdır”.

Düşünürəm ki, İranın Tehrandakı səfirliyinin bərpa olunması ilə bağlı göstərdiyi cəhdlər özünü haqlı çıxarmaq məqsədini daşıyır. Hər bir halda Azərbaycan faktoru İranın daxili siyasi problemlərinə təsir göstərir. Digər tərəfdən İran Azərbaycandakı mövqelərini, xüsusən agentura şəbəkəsinin tamamilə ortadan qalxmasını istəmir. İran istəyir ki, Azərbaycan daxilində özünün təsir gücünü qoruyub saxlaya bilsin. Buna görə də Tehran səfirliyin fəaliyyətinin bərpa olunmasına münasibətləri mümkün qədər yumşaltmağa çalışır. Bir daha qeyd edirəm ki, İran baş verənlərdən heç də peşman deyil və əsas məqsədi təbii ki, Azərbaycandakı təsir gücünü qoruyub saxlamaqdır”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Ən çox oxunanalar