Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Politoloq: Azərbaycan və Ermənistan arasında normallaşma Cənubi Qafqazda rusların rolunu minumuma endirir...

Rusiyanın Cənubi Qafqazdan çıxması bölgədə olan problemləri həll edə bilərmi?..

Zaur İbrahimli: “Bakı-İrəvan sülh danışıqlarının Qərb ölkələrinin vasitəçiliyi ilə nəticə verməsi, ölkələrin ərazi bütövlüyünün tanınması ilə əlaqədar mübahisələrin əsasən aradan qalxması rusların rolunu minumuma endirib”.

“Yaxın perspektivdə Rusiyanın sanksiyalardan qurtulacağı real deyil, bütün bunlar deməyə əsas verir ki, yaxın və orta perespektivdə Rusiyanın Cənubi Qafqazda hərbi iştirakını və siyasi təsirini minumuma endirmək üçün zəminlərin yaranması ehtimalı böyükdür”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiyanın Cənubi Qafqazdan birdəfəlik çıxmasını Poliqon-a şərh edərkən qeyd edib.

Məlumdur ki, Qarabağ ətrafında cərəyan edən proseslərin yekunlaşmamasının səbəbi ilə bağlı bir sıra versiyalar səsləndirilir. Bəzi ekspertlər hesab edirlər ki, Rusiyanın Cənubi Qafqazdan birdəfəlik çıxması bu problemin həll edilməsi ilə nəticələnəcək.

Bəs indiki geosiyasi şərtlər altında Rusiyanın Cənubi Qafqazdan çıxması mümkün görünürmü?

Rusiyanın Cənubi Qafqazda rolunun azalmasını Poliqon-un əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusların əvvəlki təsir və təzyiq imkanları qalmayıb və Ukrayna ilə müharibədə ciddi qələbələr əldə etməsələr Moskvanın mövqeləri getdikcə zəifləyəcək”.

Ermənilərin də rusların yalnız öz maraqlarını güdməsi və onlara dəstək verməməsini əsas gətirərək, ciddi şəkildə Moskvaya qarşı çıxdıqlarını xatırladan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, belə şəraitdə rusların Azərbaycanda sülhməramlı statusunda hərbi iştirakının heç bir parktik və mənəvi əsası qalmır:

“İlk nöbədə qeyd etməliyik ki, Ermənistanın işğalçı siyasətinə hərtərəfli dəstək verilməsi, Azərbaycanın torpaqlarının işğal altında saxlanılmasına yardım göstərilməsi Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək, bütün region öz təsirində saxlamaq strategiyasının əsas komponenti olub. Ermənistan müstəqillik əldə etdikdən az sonra Rusiyanın forpostuna, hərbi iştirakının dayaq nöqtəsinə çevrilib.

Ermənistanın xarici siyasəti, Azərbaycanla münasibətləri, Qarabağ nizamlanması ilə bağlı mövqeyi əsasən Rusiyanın qərarları ilə şərtlənib. 2018-ci ildə indiki baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi İrəvan tədricən xarici siyasət kursunu dəyişib və Kremlin təsirindən çıxmaq üçün, əsas etibarı ilə ABŞ, Fransa, Avropa İttifaqı ilə sıx əməkdaşlığa başlayıb. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi Rusiyanın regionda rolunda yenidən baxılması üçün zəminlər yaradıb.

Eyni zamanda Rusiyanın 2022-ci il 24 fevralda Ukrayna işğalçı hücumu ilə müharibəni başlatması Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarını azaldıb. Həmçinin Bakı-İrəvan sülh danışıqlarının Qərb ölkələrinin vasitəçiliyi ilə nəticə verməsi, ölkələrin ərazi bütövlüyünün tanınması ilə əlaqədar mübahisələrin əsasən aradan qalxması rusların rolunu minumuma endirib.

Zaur İbrahimli: “Rusiya Qarabağda yaşayan ermənilərlə bağlı məsələlərlə manipulyasiya edərək AzərbaycanErmənistana təzyiq göstərməyə çalışır”.

Moskva eyni zamanda Azərbaycanın Qarabağ bölgəsində separatçı təşəbbüsləri fəal dəstəkləməsi ölkəmizdə ciddi narazılıq yaradıb və ruslara güvən qalmayıb. Ermənilər də rusların yalnız öz maraqlarını güdməsi və onlara dəstək verməməsini əsas gətirərək, ciddi şəkildə Moskvaya qarşı çıxırlar. Belə şəraitdə rusların Azərbaycanda sülhməramlı statusunda hərbi iştirakının heç bir parktik və mənəvi əsası qalmır.

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandığı təqdirdə isə heç bir formal hüquqi əsası da qalmayacaq. Ruslar Gürcüstanda hakim elitanı öz təsirlərində saxlaya bilirlər, Qarabağda yaşayan ermənilərlə bağlı məsələlərlə manipulyasiya edərək AzərbaycanErmənistana təzyiq göstərməyə çalışırlar. Xüsusən Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üçün ciddi fəaliyyətə başlayıblar. Bütün bunlar isə sülh təşəbbüslərinə ciddi əngəl olur.

Bununla belə, rusların əvvəlki təsir və təzyiq imkanları qalmayıb və Ukrayna ilə müharibədə ciddi qələbələr əldə etməsələr Moskvanın mövqeləri getdikcə zəifləyəcək. Həmçinin, yaxın perspektivdə Rusiyanın sanksiyalardan qurtulacağı real deyil, bütün bunlar deməyə əsas verir ki, yaxın və orta perespektivdə Rusiyanın Cənubi Qafqazda hərbi iştirakını və siyasi təsirini minumuma endirmək üçün zəminlərin yaranması ehtimalı böyükdür”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Qərbi Azərbaycan Xronikası: Kəndimizin toylarında qara zurnanın səsi bütün dağlara yayılırdı

Azərbaycanda 10 saatlıq nadir əməliyyat: Ana qaraciyərini səkkiz aylıq körpəsinə verdi - Video

Ən çox oxunanalar