Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şolts Qərbi Ukraynaya uzun müddətli yardıma hazırlaşmağa çağırıb

Almaniya kansleri Olaf Şolts hesab edir ki, Qərb ölkələri Rusiya-Ukrayna hərbi münaqişəsi şəraitində uzun müddət Kiyevə kömək etməli olacaqlar. Kansler Aİ üzvlərini buna hazırlaşmağa çağırıb...

Poliqon xəbər verir ki, bu barədə Almaniya kansleri İtaliyanın Corriere della Sera qəzetinə müsahibəsində danışıb.

“Biz hərbi əməliyyatların nə vaxt bitəcəyini bilmirik... Ona görə də biz hələ uzun müddət Ukraynaya kömək etməli olacağımıza hazırlaşmalıyıq. Biz ədalətli və davamlı sülhə nail olmaqda Ukraynanı dəstəkləyəcəyik. Bu məqsədlə biz Ukrayna və dünyanın bir çox başqa ölkələri ilə intensiv mübadilələr aparırıq”, deyə kansler bildirib.

Şoltsun sözlərinə görə, hazırda Aİ-də Ukraynanı dəstəkləmək zərurəti ilə bağlı tam birlik var.

“Bu gün Qərbin Ukraynaya özünü müdafiə etməyə kömək etməsi və bundan sonra sülh danışıqlarına töhfə verməsi vacibdir. Əsas məqsəd ədalətli sülh və çoxlu əzab və dağıntılar gətirən bu dəhşətli müharibəyə son qoymaqdır”, deyə Şolts vurğulayıb. Siyasətçi əlavə edib ki, Qərb Ukraynaya həm döyüş meydanında, həm də danışıqlar masası arxasında məqsədlərinə çatmaqda kömək edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı - Foto

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

Ən çox oxunanalar