Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Türkiyədə niyə ikinci sırada oturmuşdu? - Mirzoyandan açıqlama...

Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində Ermənistan-Türkiyə nizamlanması üçün heç bir ilkin şərt irəli sürməyib...

Poliqon xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2022-ci il dövlət büdcəsinin icrası haqqında hesabatın müzakirəsi zamanı deyib.

“Hər iki tərəf dəfələrlə bəyan edib ki, heç bir ilkin şərt yoxdur və məqsəd münasibətlərin yekun tənzimlənməsidir”, deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, bununla bağlı bir sıra yüksək vəzifəli məmurlar tərəfindən dəfələrlə fikirlər səsləndirilib. Bununla belə, XİN rəhbəri bir daha qeyd edib ki, “erməni soyqırımı”nın tanınması və pislənməsi məsələsi də gündəmdə deyil və indiyə qədər də olmayıb.

Mirzoyan Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi üçün Ankaraya səfəri və baş nazirin ikinci sırada əyləşməsinə də münasibət bildirib:

“Bu, protokol məsələsidir, bütün baş nazirlər ikinci cərgədə oturmuşdular. Onların arasında Ərdoğan üçün önəmli şəxs olan Macarıstanın Baş naziri Viktor Orban da var idi”, deyə Mirzoyan bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Polkovnikin faciəli şəkildə həlak olan oğlu dəfn edildi

Parlament bələdiyyələrin birləşdirilməsi ilə bağlı yeni qanun layihəsinə baxacaq

Azərbaycanlı biznesmen oğluna dəbdəbəli ad günü etdi - Video

Bu “sürət”lə hara gedirik? - ADY tənqid edildi

Azərbaycanla COP29, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

Azərbaycanda halal hotellər istifadəyə veriləcək - Video

NATO gələn həftədən nüvə təlimlərinə başlayır

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Ən çox oxunanalar