Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın oğlu atasının fotoları ilə şantaj edildi - Foto

N.M. bir neçə gün əvvəl başa çatan proses nəticəsində məhkəmə zalındaca həbs edilib...

Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlını şantaj edən şəxs barəsindəki qərardan verilmiş apellyasiya şikayətinə baxılıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Mirhəmid Nərimanlı 1992-ci il təvəllüdlü N.M. barəsində həbs qərarının çıxarılmasını tələb edib.

M.Nərimanlı bildirib ki, N. sosial şəbəkə vasitəsilə ona hədə-qorxu gələrək dəfələrlə pul tələb edib. Həmin qadının atasının İqbal Məmmədova məxsus olduğu bildirilən intim görüntülərlə onu şantaj etdiyini deyən Mirhəmid bu yolla ondan 1768 manat pul alındığını bildirib.

Məhkəmədə sübutlar dəyərləndirilib. N.M.-in deputatın oğluna yazdığı “İntim video İqbal Məmmədov Şok”, “Bir saata hesaba baxıram, pul orada olmasa, şəkilləri hər yerə yayacağam, pulu karta yox, MilliÖn vasitəsilə “Topaz”da olan hesaba göndər, özüm götürəcəyəm”, “Həmid, sən məni aldadırsan, iki balamın canına and olsun, bu gün 600 manat pul göndərməsən, daha götürməyəcəyəm. Onsuz da o pulu başqa yolla çıxaracağam. Adamlar var ki, o şəkillərə pul verir və onlara verəcəyəm, paylaşacağam. Sənə son SMS yazıram, bir saata 600 manat pul kartda olmasa, dediyimi edəcəyəm. Mən sadəcə 11-də girib hesaba baxacağam, hesabda pul olmasa, hər şeyi özün görəcəksən. Pulu necə ödəyəcəyini isə özüm sənə deyəcəyəm” və s. məzmunlu mesajlar sübut kimi təqdim edilib.

Bildirilib ki, N.M. Mirhəmidi atası, Milli Məclisin VI çağırış deputatı İqbal Məmmədovun şəkillərinin olduğunu, pul verməyəcəyi halda, mətbuatda və sosial şəbəkələrdə həmin şəkilləri yaymaqla atasını rüsvay edəcəyi ilə hədələyib, hədəni real qəbul edən zərərçəkmiş şəxs özü və atasının rüsvay olacaqlarından ehtiyatlanaraq onunla razılaşıb və elektron qaydada tələb olunan pulları göndərib.

2022-ci ildə N.M. Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış iş üzrə təqsirli bilinib və ona 3 il həbs cəzası verilib. Lakin daha sonra Bakı Apellyasiya Məhkəməsi hökmün dəyişdirilməsi barədə qərar çıxarıb və ona şərti cəza verilərək həbsdən azad edilib. Apellyasiya Məhkəməsinin qərarından narazı qalan Mirhəmid Nərimanlı Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Bu dəfə apellyasiya instansiyası fərqli qərar qəbul edib və N.M. barəsindəki Xəzər Rayon Məhkəməsinin hökmü bərpa edilib. N.M. bir neçə gün əvvəl başa çatan proses nəticəsində məhkəmə zalındaca həbs edilib.

Qeyd edək ki, İqbal Məmmədovun oğlu M.Nərimanlı daha öncə də gündəmə qalmaqallı hadisə ilə gəlib. 2019-cu ildə İqbal Məmmədova məxsus olan və oğlunun rəhbərlik etdiyi Lerikdəki “Relax” istirahət mərkəzində vergidən yayınma faktları üzə çıxıb və Mirhəmid Nərimanlı barəsində cinayət işi açılıb. Həmin vaxt istirahət mərkəzinə gələn yoxlama əməkdaşları ilə M.Nərimanlı və ətrafındakı şəxslər arasında dava-dalaş da düşüb. Həmin hadisələrlə əlaqədar həbs edilən M.Nərimanlı bir müddət sonra azadlığa buraxılıb.

Poliqon.info

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Muxtar Babayev Annalena Berbokla COP29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar