Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezident İlham Əliyev Monteneqro parlamentinin sədrini qəbul edib - Yenilənib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib...

Dövlət başçısı ikitərəfli əlaqələrimizin yaxşı səviyyədə olduğunu bildirib. Prezident İlham Əliyev hazırkı dövrdə Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində ölkəmizin önəmli tərəfdaşa çevrildiyini dedi, Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat və energetika sahələrində də əməkdaşlığın genişləndirilməsinin önəmini vurğuladı.

Parlamentlər səviyyəsində əlaqələrin əhəmiyyətinə toxunan Azərbaycan Prezidenti ölkələrimizin müxtəlif parlamentlərarası beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini qeyd etdi. Dövlətimizin başçısı Daniyela Curoviçin ölkəmizə səfərinin əlaqələrimizin inkişaf perspektivlərinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını vurğuladı.

Qonaq Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbriklərini çatdırdı.

Daniyela Curoviç Azərbaycanla Monteneqronun dost ölkələr olduğunu vurğulayaraq, Milli MəclisATƏT Parlament Assambleyasının birgə təşkilatçılığı ilə “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın Bakıda keçirilməsinin önəminə toxundu, bu tədbirdə enerji və ərzaq təhlükəsizliyi, həmçinin digər mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. Monteneqro parlamentinin sədri konfrans çərçivəsində Zəngilan rayonuna səfərin də təşkil ediləcəyini və işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri ilə yerində tanış olacaqlarını diqqətə çatdırdı.

Qonaq Monteneqronun Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı. Ölkələrimiz arasında çarter aviareyslərinin həyata keçirildiyini deyən Daniyela Curoviç bunun turizm sahəsində əlaqələrin genişlənməsinə töhfə verdiyini qeyd etdi, gələcəkdə bu istiqamətdə də əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanların olduğunu bildirdi.

Görüşdə, həmçinin sərmayələr sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.(report)

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Monteneqro parlamentinin sədri xanım Daniyela Curoviçi qəbul edib.

Poliqon xəbər verir ki, məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Ən çox oxunanalar