Bazar, 28 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM: Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil

“Heç bir halda boşanmaların qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa elə hesab edirəm ki, ehtiyac yoxdur”.

APA xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ailə institutunun möhkəmləndirilməsi üçün bir çox təşkilati hüquqi tədbirlər görülsə də, təbii ki, bu tam deyil.

“Bu davam edən və daim təkmilləşən proses olmalıdır. Hüquqi baxımdan MM bu istiqamətdə bir çox işlər görüb. Nikahqabağı tibbi müayinə, nikah yaşının qızlar üçün 18-dək yüksəldilməsi, erkən nikahlara görə cinayət məsuliyyətinin daha da sərtləşdirilməsi, ailə mübahisələrinin öncədən mediasiyada müzakirəsi və s. buna misaldır. Lakin heç bir halda boşanmalarım qarşısını almaq mümkün deyil və zorla da bunun qarşısını almağa elə hesab edirəm ki, ehtiyac yoxdur”.

Şöbə müdiri qeyd edib ki, boşanma situativ olaraq həyatın öz məhsulu olan təbii və sosial bir hadisədir.

“Bəs necə etmək olar ki, boşanmadan sonra insanlar çox ciddi problemlər yaşamasın, postevlilik dövrünün mənfi təsirləri maksimum ağrısız və az fəsadlarla müşayiət olunsun. Bax bu haqda düşünməyə dəyər. Bunun üçün öncə dediyim kimi maarifli, savadlı insanlar, cütlüklər olsa və onlar boşansalar belə uşaqla bağlı problemləri birgə həll edə bilərlər, nəinki yersiz nifrət və intriqa səbəbindən daha da vəziyyəti ağırlaşdırmaqla. Bunun həlli yolu əhalinin maariflənməsindən keçir”.

Poliqon.info


Etiket: boşanma


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Dövlət qurumunun əməkdaşı Şuşada minaya düşdü

Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcək

Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı məhkəmədə: "Dini çıxışlarına görə onu cəzalandırmaq istəyirdik"

Azər Axşam tənqid etdiyi kanalda yenidən işə başladı    

Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb - Saxlanılan var

Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 101 illiyi qeyd edilib

Bu yaxınlarda Laçının Sus kəndinə ilk köç olacaq - Püşk atılıb

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri: Bölmələr ehtiyat və təyinat rayonlarına çıxarılıblar - Foto

Ən çox oxunanalar