Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün Vaqif İbrahimoğlunun anım günüdür

Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə ağciyər xərçəngi səbəbindən Bakıda vəfat edib...

Bu gün Azərbaycan novator teatr rejissoru Vaqif İbrahimoğlunun anım günüdür.

Məlumata görə, O, 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olub.

1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib.

Rejissor 1973-1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.

O, 1976-1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb.

V.İbrahimoölu 1989-cu ildən “Yuğ” Teatrının bədii rəhbəri vəzifəsində çalışıb, 1992-ci ildə “Yuğ” Teatr-Studiyası dövlət statusu alıb.
Rejissor “Yuğ” teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.

Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alıb.

Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə ağciyər xərçəngi səbəbindən Bakıda vəfat edib.

2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş “Boş məkanın dolğunluğu” adlı eksperimental tamaşalar festivalı keçirilib.(oxu.az)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Firuzə İbadova Cavanşir Məmmədovun ölümündən sonra haqqında yayılan xəbəri təkzib etdi

Diqqət: Azərbaycanda uşaqlar arasında yeni virus yayıldı

FHN metronun “Cəfər Cabbarlı” stansiyasında təlim keçirəcək

Rasim Balayevdən Taleh Yüzbəyova cavab: “Öz adım üstümdədir“

Naxçıvan DSMF-nin İdarə Heyətinin sədri vəzifəsindən azad olundu

Türkmənistanın dövlət nümayəndə heyətinə Azərbaycan xalçası hədiyyə edilib

DYP hərəkətə keçdi: 200-ə yaxın piyada cərimələndi -Video

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Qərbi Azərbaycan Xronikası: Azərbaycan-Ermənistan sərhəd razılaşmasında gizli qalan məqam

Avropa çempionatı: Azərbaycan millisi yarışı 2 bürünc medalla başa vurub

Erməni lobbisi və onların havadarları Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı təxribat xarakterli aksiya planlaşdırırlar

Ən çox oxunanalar