Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir məhsulun qiyməti artdı, İtaliya hökuməti böhran iclası çağırmağa məcbur oldu

İtaliyada makaron qiymətlərinin demək olar ki, 20% artması ilə bağlı aktiv müzakirələr hökuməti böhran iclası çağırmağa məcbur edib...

Poliqon The Washington Post qəzetinə istinadən xəbər verir ki, İtaliyanın müəssisələr və istehsal naziri Adolfo Urso mayın 11-i makaron məhsullarının qiymətlərinin artmasını müzakirə etmək üçün yeni komissiyanın iclasını çağırıb. Nazir qeyd edib ki, mübahisənin nəticəsindən asılı olmayaraq, istehlakçılar bundan faydalanacaq, çünki bu məsələyə diqqətin artması artıq bir çox şirkətləri makaron məhsullarının qiymətinin qalxmasının müvəqqəti olduğunu bəyan etməyə sövq edib.

İstehlakçı qrupları istehsalçıları günahlandırdılar və səlahiyyətlilərdən araşdırma aparmağı xahiş edərək, rəsmi şikayət ediblər. İstehsalçılar deyirlər ki, yüksək enerji xərcləri, təchizat zəncirinin pozulması və inflyasiya da daxil olmaqla amillərin birləşməsi onların xərclərini artıraraq, İtaliya mətbəxinin əsas məhsulu olan makaron məhsullarının qiymətlərini artırmağa məcbur edir.

Mütəxəssislər qeyd edirlər ki, İtaliya beləliklə Rusiyanın Ukraynaya təcavüzünün nəticələrini hiss edir, çünki ölkənin məhsul bazarları ciddi şəkildə təsirlənir.

Professor Mişel Crippa, "Bu gün rəflərdə olan makaron məhsulları bir neçə ay əvvəl bərk buğdanın yüksək qiymətə alındığı və böhranın qızğın çağında yüksək enerji xərcləri ilə hazırlanmışdı" deyib.

Mart ayında makaron məmulatlarının qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% artıb.

Mayın 11-də komissiyanın qiymət artımında xammal, enerji və istehsal xərclərinin rolunu qiymətləndirəcəyi gözlənilir.

İtaliyanın ən böyük kənd təsərrüfatı təşkilatı "Coldiretti"nin məlumatına görə, italyan makaronları keçən ildən bəri qiyməti 30 faiz ucuzlaşan bərk buğdadan hazırlanır. Qrup açıqlamasında bildirib ki, makaron hazırlamaq üçün buğdaya su əlavə etmək kifayətdir, ona görə də qiymət artımı əsassız görünür.

Aprel ayında regional makaron qiymətləri ilə bağlı araşdırma dərc edən istehlakçı müdafiə qrupu "Assoutenti", artıma görə istehsalçıları günahlandırır. Qrupun prezidenti Furio Truzzi "Büdcələrini əlavə mənfəətlə doldurmaq istəyən böyük qida qrupları tərəfindən sırf spekulyasiyadan başqa artım üçün heç bir əsas yoxdur", deyib.

"Makaron İtaliya mətbəxinin əsas məhsuludur. Qiymət artımı amerikalılar üçün qarğıdalının qiymətinin artmasına bərabərdir", deyə o əlavə edib.

"Assoutenti"nin hesabatında makaron qiymətlərinin keçən illə müqayisədə orta hesabla 25 faiz artdığı, Modena kimi bəzi şəhərlərdə isə demək olar 50 faiz artım müşahidə edildiyi bildirilir. İtaliyanın 110 əyalətindən yalnız 12-də bir kiloqram makaronu 2,20 dollardan aşağı qiymətə ala bilərsiniz.

Bununla belə, makaron istehsalçıları istehsalın maya dəyərinin artdığını qeyd edirlər. Sənaye təşkilatı "Unione Italiana Food"un sözçüsü İvana Kalo "Enerji, qablaşdırma və logistika qiymətlərdə əhəmiyyətli artım qeydə alınıb və bu, xərclərin artmasına səbəb olub", deyib. Onun sözlərinə görə, xərclərin artması ərzaq məhsullarının qiymətinin artmasına uyğundur.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar