Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranın xarici işlər naziri haqqında yayılan məlumatlar... - Tehrana hansı mesajlar verildi?

Hüseyn Əmir Abdullahianın “SEPAH” və “Qüds” qanadının keçmiş və hazırda radikal “Bəsic” qüvvələrinin fəal üzvü olması məlum olub...

Politoloq: “İranın xarici işlər naziri haqqında yayılan məlumatlar çox ciddi mesajdır”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian haqqında üzə çıxan məlumatlar onu deməyə əsas verir ki, İranda diplomatların özü də bu və ya digər formada hansısa qruplaşmaların üzvləri kimi fəaliyyətə başlayırlar, daha sonra isə yüksək postlar tuturlar”.

Bu sözləri politoloq İlyas Hüseynov İran Xarici İşlər Nazirliyinə edilən haker hücumunu və yayılan məlumatları Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, mayın 7-də İran Xarici İşlər Nazirliyinin saytına haker hücumu baş verib. Hücum nəticəsində İranın hakim siyasi elitasının bir çox şəxsi barədə məxfi məlumatlar sosial şəbəkələrə sızdırılıb. Həmin şəxslərdən biri də xarici işlər naziri Hüseyn Əmir Abdullahiandır. Belə ki, onun “SEPAH” və “Qüds” qanadının keçmiş və hazırda radikal “Bəsic” qüvvələrinin fəal üzvü olması məlum olub.

Bu faktın Abdullahiana hansı təsirləri ola bilər? Onun diplomat və XİN başçısı kimi təcrid olunması mümkündürmü?

Hüseyn Əmir Abdullahiandir barədə yayılan məlumatları Poliqon-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “İranda SEPAH-ın müxtəlif şəxsləri irəli çəkməsi, müxtəlif şəxslərə dəstək olması müşahidə olunur. Buna görə də Hüseyn Əmir Abdullahian haqqında məlumatlar da ciddi təəccübə səbəb olmadı”.

İranda SEPAH-ın çox ciddi dayaqlarının olduğunu xatırladan politoloq Poliqon-a bildirib ki, ölkədə kütləvi etitazlar, nümayişlər başlayanda SEPAH-ın bütün nəzarəti öz əlinə alacağı və İranın hərbi dövlətə çevriləcəyi ilə bağlı fikirlər var idi:

“Xarici xüsusi xidmət orqanları və haker qruplaşmalarının İranla bağlı fəaliyyətləri hər zaman İran daxilində baş verən prosesləri izləmək, İranın daxilinə nüfuz etmək, İranda nüvə tədqiqatları ilə bağlı məsələni araşdırmaq niyyəti güdür. İranın Xarici İşlər Nazirliyinə edilən haker hücumu nəticəsində əldə olunan məlumatlar da geniş maraq doğurur və rezonans yaradır.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian haqqında üzə çıxan məlumatlar onu deməyə əsas verir ki, İranda diplomatların özü də bu və ya digər formada hansısa qruplaşmaların üzvləri kimi fəaliyyətə başlayırlar, daha sonra isə yüksək postlar tuturlar. Ümumiyyətlə, İranı məhz hərbi sistemdən çıxan şəxslərin idarə etməsi heç kimdə təəccüb doğurmur.

İlyas Hüseynov: “Bu məsələ eyni zamanda informasiya seqmentində İranda boşluqların olmasına dəlalət edir”.

Məlumdur ki, İranda SEPAH-ın çox ciddi dayaqları var. Hətta, ölkədə kütləvi etitazlar, nümayişlər başlayanda SEPAH-ın bütün nəzarəti öz əlinə alacağı və İranın hərbi dövlətə çevriləcəyi ilə bağlı fikirlər var idi. İndi də İranda SEPAH-ın müxtəlif şəxsləri irəli çəkməsi, müxtəlif şəxslərə dəstək olması müşahidə olunur. Buna görə də Hüseyn Əmir Abdullahian haqqında məlumatlar da ciddi təəccübə səbəb olmadı.

Düşünürəm ki, İranın xarici işlər naziri haqqında yayılan məlumatlar çox ciddi mesajdır. Bu məsələ eyni zamanda informasiya seqmentində İranda boşluqların olmasına dəlalət edir. Buna görə də xarici qüvvələr çox rahatlıqla İranın daxilinə məlumat əldə etməsi baxımından nüfuz edir. Nə qədər qapalı rejim olsa da, İranın özünə də sanki xarici qüvvələr enə bilər kimi mesajlar özünü göstərməkdədir”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Tələbənin maşınla öldürdüyü piyada vəzifəli şəxsin atası imiş

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Rusiya əsirliyində nə qədər ukraynalı ölüb? - Ukrayna MN rəqəmləri açıqlayıb

SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb

Putin doğum günündə MDB liderləri ilə görüşəcək

Ən çox oxunanalar