Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qubada gəlin qayınanasını ağac parçası ilə döyüb

Quba rayonunda 1986-cı il təvəllüdlü Aynurə ailə münaqişəsi zəminində qayınanası Lətifəyə (adlar şərti verilib - red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 25-də baş verib. 

Aynurə həmin gün saat 21 radələrində yaşadığı evin həyətində ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı qayınanasını itələyərək ağac parçası ilə qolundan, yumruqla kürəyindən vurub. 

İstintaq orqanı tərəfindən Aynurənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aynurə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, yanvarın 25-də həyətdə doğranılmış odunun yığılması ilə bağlı qayınanası ilə aralarında mübahisə yaranıb: 

“Həmin vaxt qayınanam məni söydüyü üçün yumruqla onu vurdum”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Aynurə aylıq qazancının 10 faizi dövlət nəfinə tutulmaqla, 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. 

Poliqon.info 


Etiket: Döyülmək


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Ən çox oxunanalar