Ukrayna prezidenti Niderlanda bu ölkənin Xarici İşlər və Müdafiə nazirliklərinin rəhbərləri ilə görüşəcək...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın Politico nəşri Niderland rəsmisinə istinadən məlumat yayıb.
Nəşr yazır ki, Ukrayna prezidenti Vladimir Zelenski Niderlanda səfəri zamanı Baş nazir Mark Rutte ilə görüşməklə yanaşı, iki aparıcı departamentin rəhbərləri ilə də danışıqlar aparmaq niyyətindədir.
“Ukrayna liderinin Niderlandın Baş naziri Mark Rutte, Hollandiyanın xarici işlər naziri Vopke Hoekstra və müdafiə naziri Kaysa Ollonqrenlə görüşü gözlənilir”, - deyə adının açıqlanmasını istəməyən rəsmi Politico-ya bildirib.
Bildirilir ki, Zelenskinin təyyarəsi ötən gecə, mayın 3-də Niderlandın “Schiphol” hava limanına eniş edib. Ukrayna prezidenti rəsmi səfərdə olduğu Finlandiyadan Niderlanda uçub. Ukrayna və Finlandiya prezidentləri arasında danışıqlar Ukraynaya dəstək, ikitərəfli münasibətlər və qlobal geosiyasi vəziyyətə həsr olunub.
Politico yazır ki, Zelenski mayın 13-də Berlinə gəlməlidir. Onun təyyarəsi “Villi Brandt” adına Berlin-Brandenburq hava limanının hərbi hissəsinə enəcək. Mayın 14-də Ukrayna liderini Almaniya kansleri Olaf Şolts qəbul edəcək.
Poliqon.info