Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rostovda neft məhsulları emalı zavodunda dron partlayıb...

Bu, son iki gündə Rusiya neft bazalarında baş verən üçüncü insidentdir...

Rostov vilayətində Novoşaxtinsk neft məhsulları emalı zavoduna partlayış baş verib, xəsarət alan olmayıb.

Poliqon xəbər verir ki, bu barədə Telegram kanalında Rostov vilayətinin qubernatoru Vasili Qolubev məlumat verib.

“Bu gecə Krasnosulinski rayonunun Kiselevka kəndi yaxınlığında, Novoşaxtinsk neft məhsulları zavodunda pilotsuz uçuş aparatı zavodun tikilməkdə olan sexlərarası estakadanın konstruksiyalarına çırpılıb, sonra partlayıb”, deyə qubarnator yazıb.

Qubarnator qeyd edib ki, yanğın müəssisənin işçiləri tərəfindən tez bir zamanda söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, tikililərə cüzi ziyan dəyib.

Xatırladaq ki, bu, Rusiyanın neft bazalarında iki gündə baş verən üçüncü insidentdir. Mayın 3-nə keçən gecə Tamanski kənd yaşayış məntəqəsində pilotsuz təyyarənin hücumu nəticəsində 1200 kvadratmetr sahədə neft məhsulları olan çənlər yanıb.

Mayın 4-nə keçən gecə Krasnodar diyarındakı İlski neft emalı zavodunda neft məhsulları olan çənlər 400 kvadratmetr sahədə yanıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar