Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan müxalifəti Türkiyəyə getməkdən imtina edib...

Müxalifət Ankarada keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasında iştirak etmək istəmir...

Poliqon Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvü Babken Tunyan Ermənistan parlamentinin növbəti iclasında deyib.

Müxalifət Ankarada keçiriləcək QDİƏT Parlament Assambleyasının iclasına hakimiyyətdən olan deputatlarla getməkdən imtina edir. Bu barədə QDİƏT Parlament Assambleyasında Ermənistan nümayəndə heyətinin rəhbəri Babken Tunyan Ermənistan parlamentində “Hayastan” fraksiyasının üzvü Qeqam Manukyanın bəyanatına cavab verərkən bildirib.

Xəbərdə qeyd edilir ki, “Hayastan” blokundan olan deputat Türkiyə ilə danışıqlara cavabdeh olan şəxsin Azərbaycanla danışıqlar üçün ABŞ-a niyə getdiyini soruşub. Cavabında hökumətdən olan deputat etiraz edib ki, “müxalifət özü Türkiyəyə getmir, orada yaxın günlərdə Ermənistanın gündəmini dəstəkləmək lazım olacaq”.

Bundan əvvəl Manukyan vitse-spiker Akop Arşakyana Ararat Mirzoyanla Ceyhun Bayramovun danışıqlarında (bir gün əvvəl Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə baş tutub) nə üçün parlament sədrinin müavininin də iştirak etdiyi sualını verib.

Qeyd edək ki, Ruben Rubinyan, Ermənistan-Türkiyə danışıqları üzrə xüsusi nümayəndədir. Manukyan əlavə edib ki, Ermənistan-Türkiyə münasibətlərinin nəyə görə Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqələndirilməsi ona aydın deyil və Ermənistan tərəfinin bununla razı olub-olmaması da bəlli deyil.

Buna cavab olaraq Tunyan qeyd edib ki, mayın 4-də Ermənistan nümayəndə heyəti QDİƏT Parlament Assambleyasının iclası üçün Ankaraya gedəcək. Tunyan əlavə edib ki, Ermənistan müxalifətinin nümayəndələrindən niyə gəlmədiklərini soruşmaq qalır.

"Bu, çox mürəkkəb təşkilatdır, mürəkkəb gündəliyə malikdir, bir çox məsələləri həll etmək lazımdır. Gəlin, ölkəmizin mövqeyini təbliğ etməyə kömək edin. Bu, birbaşa sizin rəsmi vəzifənizlə bağlıdır”, deyə Tunyan bildirib.

Xatırladaq ki, mayın 3-5-də Ankarada QDİƏT PA-nın növbəti plenar iclası keçiriləcək. QDİƏT Baş Assambleyası sonuncu dəfə 2022-ci ilin dekabrında Belqradda keçirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar