Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dindar qadınlar Ərdoğana arxa çevirir?

Fransa İctimai kanalından təəccüblü iddia...

Poliqon xəbər verir ki, Fransanın ictimai kanalı “France 24” Türkiyədə mayın 14-də keçiriləcək seçkilərlə bağlı təhlilində mühafizəkar qadınların prezident Rəcəb Tayyib Ərdoğana dəstəyinin azaldığını iddia edib.

“Mühafizəkar türk qadınları seçkilər öncəsi Ərdoğandan üz döndərirlər” başlıqlı xəbərdə mühafizəkar qadın seçicilər “Ərdoğanın səs bazasının sütunlarından biri” kimi qələmə verilib.

“İlk illərdə Ərdoğanın ən qatı tərəfdarları arasında olanlar mayın 14-də ölkədə keçiriləcək prezident və parlament seçkiləri üçün ondan üz döndərə bilər”, deyə məlumatda bildirilir.

“France 24” də xəbər verib ki, İstanbulun Başakşehir rayonunda yaşayan və adı Əminə olan 54 yaşlı vətəndaş ilk dəfə bu seçkilərdə Ərdoğana səs verməyəcəyini bildirib. Xəbərdə jurnalist Murat Yetkinin də fikirləri yer alıb. 63 yaşlı jurnalist Ərdoğanın 2000-ci illərdə hakimiyyətə gəlməsini şərtləndirən ən mühüm amillərdən birinin “o dövrdə hakimiyyətdə olan koalisiyanın avtoritar meylləri və başını bağlayan qadınları hədəfə alan İslam əleyhinə ritorikadan istifadə etməsi” ilə bağlı qiymətləndirməni bölüşüb.

Jurnalistin Ərdoğanla bağlı şərhi də vurğulanıb: “Gənc xarizmatik lider bu tendensiyanı pislədi və o andan etibarən onun dəstəyinin mühüm bazasını təşkil edən mühafizəkar qadınların müdafiəçisi oldu”.

Xəbərdə, Rifah Partiyasının yenidən Cumhur İttifaqına qoşulma şərti olaraq 6284 saylı “Ailənin qorunması və qadına şiddətin qarşısının alınması haqqında” Qanunun dəyişdirilməsi tələbi və AK Partiya Ümumi Başçı Köməkçisi Özlem Zengin bu tələbə qarşı “Qırmızı xəttimizdir” deyərək cavablandırması da xatırladılıb.

Zenginin mart ayında verdiyi açıqlamaya görə təhdidlərə məruz qaldığı və partiya daxilində tənqidlərə tuş gəldiyi də vurğulanıb.

Zenginin sözlərini Ərdoğanın qızı Sümeyye Ərdoğan Bayraktarın qurucularından biri olduğu Qadın və Demokratiya Dərnəyinin (KADEM) dəstəklədiyi də qeyd edilib.

Təhlildə o da xatırladılıb ki, Radio və Televiziya Üst Qurulunun (RTÜK) “Zülal şərbəti” serialında “qadınlara qarşı zorakılıq səhnələri ehtiva etdiyi” əsası ilə yayımına qadağa qoyulub. Ankara Regional İnzibati Məhkəməsinin qərarı ləğv etməsi ilə serialın yeni bölümü yayımlanıb.

Xəbərdə ABŞ-ın Tulane Universitetindən Esra Özcanın da fikirləri yer alıb: “Gənc mühafizəkar qadınlar AKP-nin getməsini istəyirlər. AKP-nin keçmiş qurbandan yeni zalıma çevrilməsi onları çox məyus etdi. Bu qadınlar özlərini müsəlman kimi qələmə verirlər və müsəlmanları qəddar görmək istəmirlər”.

Xəbərdə “Qadın Cinayətlərini Dayandıracağıq Platforması”nın məlumatları da var. Platformanın aprelin 3-də dərc etdiyi hesabatda mart ayında 23 qadının kişi zorakılığı nəticəsində öldürüldüyü, 19 qadının isə şübhəli şəkildə ölü tapıldığı bildirilib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

SOCAR və “Qazprom”un prezidentləri görüşüblər

Ermənistanda çaxnaşma: Nəzarətdən çıxan bir qrup hərbçi saxlanıldı - Yenilənib

Ən çox oxunanalar