Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cəlilabadda qasırğanın ziyan vurduğu dörd məktəbdə tədris növbəli sistemə keçib

Aprelin 21-də günün ikinci yarısında rayon ərazisində güclü külək və dolu ilə müşayiət edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib...

Cəlilabad rayonunda qasırğanın ziyan vurduğu 4 məktəbdə tədris növbəli sistemə keçib.

Bu barədə “Report”un Muğan bürosuna Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, aprelin 21-də günün ikinci yarısında rayon ərazisində güclü külək və dolu ilə müşayiət edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib.

Belə ki, rayonun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta məktəblərinin tədris və yardımçı binalarının dam örtükləri, pəncərələri və bəzi taxta konstruksiyalarına ciddi ziyan dəyib və şəhər 5 nömrəli ümumi orta məktəbin isə dam örtüyünə qismən ziyan dəyib.

Ziyan dəyən müəssisələrə Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfində baxış keçirilib, qüsur aktları tərtib edilib və qısa vaxt ərzində işin icrasına başlanılacaq.

Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi digər korpuslarda iki növbəli sistemə keçərək davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Azərbaycan və Özbəkistan arasında regional əməkdaşlıq məsələləri müzakirə edilib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Azərbaycan-UNESCO əməkdaşlığı müzakirə olunub

Ən çox oxunanalar