Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NASA: BKS 2030-2031-ci illərdə orbitdən çıxarılacaq...

ABŞ Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson bildirib ki, Beynəlxalq Kosmik Stansiya (BKS) 2030-2031-ci illərdə orbitdən çıxarılacaq...

Poliqon TASS-a istinadən xəbər verir ki, NASA rəhbəri bu barədə ABŞ Nümayəndələr Palatasının Elm, Kosmos və Texnologiya Komitəsində dinləmələr zamanı danışıb.

“Biz onu orbitdən çıxaracağıq. Çünki köhnəlir. Stansiyanı 2030-2031-ci illərdə orbitdən çıxaracağıq”, deyə Bill Nelson bildirib.

Onun sözlərinə görə, bundan sonrakı orbital fəaliyyətlər özəl şirkətlərə həvalə olunacaq: "Biz indi kommersiya kosmik stansiyaları yaratmaq üçün bir neçə kommersiya şirkəti ilə müqavilələr imzalayarıq".

Daha əvvəl NASA rəhbəri Reuters Agentliyinə verdiyi müsahibədə Beynəlxalq Kosmik Stansiyası layihəsi üzrə Rusiya-ABŞ əməkdaşlığının 2030-cu ilə qədər davam edəcəyini gözlədiyini bildirib.

Bu həftənin əvvəlində “Roskosmos”un baş direktoru Yuri Borisov tərəfdaş ölkələrin kosmik agentliyinin rəhbərlərinə Rusiyanın Beynəlxalq Kosmik Stansiyanın istismar müddətini 2028-ci ilə qədər uzatmaq qərarı barədə məlumat vermək üçün məktublar göndərib.

Beynəlxalq Kosmik Stansiya 20 noyabr 1998-ci ildən orbitdədir. O, bir neçə moduldan ibarətdir və təxminən 435 tondur, hətta kosmik gəmilər ona qoşulduqda çəkisi 470 tona çatır. Layihədə ümumilikdə 14 ölkə iştirak edir: Rusiya, Kanada, ABŞ, Yaponiya və Avropa Kosmik Agentliyinin (ESA) 10 üzvü - Belçika, Almaniya, Danimarka, İspaniya, İtaliya, Hollandiya, Norveç, Fransa, İsveç və İsveçrə.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar