Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində alkoqoldan çip vasitəsi ilə müalicənin sınağı keçirilib...

Çin spirtli içkiyə olan həvəsi aradan qaldırmaq üçün alkoqolik bi kişi üzərində çipi sınaqdan keçirir...

Poliqon xəbər verir ki, bu barədə Qazaxıstanın Zakon.kz portalı məlumat yayıb. Portal yazır ki, Çində spirtli içki asılılığı olan 36 yaşlı kişiyə alkoqol həvəsini aradan qaldırmaq üçün hazırlanmış çip ilk dəfə cərrahi yolla implantasiya edilib.

Aprelin 12-də Liu klinik sınaq çərçivəsində beş dəqiqəlik prosedurdan keçib. Sınaq əməliyyatına BMT-nin Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının keçmiş vitse-prezidenti Hao Vey rəhbərlik edir.

İmplantasiya edilmiş çip Liuya 5 ay ərzində içkiyə olan həvəsini aradan qaldırmağa kömək etməlidir. Çip residivin qarşısını almaq üçün asılılığın müalicəsində istifadə edilən naltreksonu buraxır. Naltrekson bədən tərəfindən sorulur və beyindəki reseptorlara təsir göstərir.

Liu 15 ildir spirtli içki aludəçisidir. Orta hesabla gündə bir şüşə Çin içkisi içirdi. Bu vəziyyətdə kişi tez-tez aqressiyaya düşür. Bildirilir ki, onun günü adətən belə olub: səhər yeməyindən əvvəl bir şüşə içki içib, gün ərzində işdə, sonra isə axşam huşunu itirənə qədər içməyə davam edir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Paşinyan Kərki kəndinin Azərbaycana təhvil verilməsi məsələsinə münasibət bildirib

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Ən çox oxunanalar