Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisidir

“Bakcell” MMC Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə “2023 Formula 1 Azərbaycan Qran Prisi”nin rəsmi dəstəkçisi olmasına dair müqavilə imzalayıb...

Abunəçilərinə ultra-sürətli internet vasitəsilə ən innovativ xidmətlərdən yararlanmaq imkanı yaradan “Bakcell” bu dəfə yüksək sürətdən zövq alan "Formula 1" azarkeşlərini sevindirəcək.

Azərbaycanın ən sürətli mobil şəbəkəsi “Bakcell” "Formula 1" təqviminin ən sürətli şəhər treklərindən olan Bakı Şəhər Halqası ilə tərəfdaşlıqdan məmnundur. Əminəm ki, bu tərəfdaşlıq "Formula 1", avtoidman və yüksək sürət həvəskarları üçün faydalı və əyləncəli olacaq”, deyə "Bakcell"in baş icraçı direktoru Klaus Müller bildirib.

Tərəfdaşlıq çərçivəsində “Formula 1” yarışlarındakı "Azneft" tribunası “Bakcell” adlandırılıb. Tribuna ərazisində yerləşən istirahət-əyləncə zonasında azarkeşlər “Bakcell”in ultra-sürətli şəbəkəsini sınaqdan keçirmək, həmçinin, müxtəlif oyun və əyləncələrə qatılmaq imkanı əldə edəcək.

Bundan əlavə, şirkət yarış günlərində “Bakcell” tribunası yaxınlığında yerləşən əyləncə zonasında öz məhsul və xidmətlərini Azərbaycan Qran Prisinin tamaşaçılarına nümayiş etdirəcək.

“Bakcell” şirkəti Formula 1 yarışı zamanı abunəçiləri yüksək keyfiyyətli səs və internet xidməti ilə təmin etmək üçün Bakının mərkəzində, xüsusilə yarışların keçiriləcəyi ərazilərdə mobil şəbəkənin tutumunu yüksək dərəcədə optimallaşdırıb. Yarış zamanı mobil xidmətlərin istifadəsində yaranacaq iri həcmli trafik tələblərini qarşılamaq üçün Dənizkənarı Bulvar ərazisində əlavə müasir mobil baza stansiyaları quraşdırılıb. Bundan əlavə, xüsusi təyin edilmiş personal tərəfindən yarış ərazisində 24 saat ərzində şəbəkəyə və digər texniki məsələlərə nəzarət aparılacaq. Həmçinin, “Bakcell” Məlumat Mərkəzi də 24 saat ərzində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

2019-cu ildə “Bakcell” “Formula 1 Azərbaycan Qran Prisi”nin ilk rəsmi dəstəkçisi olub.

“NEQSOL Holding”in tərkibinə daxil olan “Bakcell” Azərbaycanda “VoLTE” və “eSIM” texnologiyalarını tətbiq edən ilk mobil operatordur. 2023-cü ilin əvvəlində şirkət Bakının seçilmiş ərazilərində “5G”nin sınaq tətbiqini elan edib. “Bakcell” şəbəkəsi Ookla® tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınıb.

Poliqon.info


Etiket: Bakcell Formula 1


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Ən çox oxunanalar