Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rəsmi:Ukrayna müharibəsinin ildönümündə Moskvanı vurmaq niyyətini rədd edib

Ukrayna Prezident Ofisinin müşaviri Mixail Podolyak müharibənin ildönümündə Kiyevin Moskvanı vurmaq niyyətinin olması barədə yazılanları təkzib edib.

APA xəbər verir ki, Mixail Podolyak bu barədə “Tvitter”də bildirib.

“Bunu niyə etməliyik? Nə üçün? Belə birdəfəlik tədbir hansı problemi həll edərdi? Müharibənin gedişatını dəyişəcəkmi? Rusları qaçmağa məcbur edəcəkmi? Silah ehtiyacını aradan qaldırmaq? Məcburi olaraq "anonim mənbələrə" istinad edilən bu cür nəşrlər yalnız bir fəlakətli funksiyanı yerinə yetirir: onlar Qərb paytaxtlarında Ukraynanın ağılsız, infantil və impulsiv ölkə olması, böyüklərin ciddi silahlar etibar etməsinin təhlükəli olduğu barədə ictimai rəy formalaşdırırlar. Bunun şüurlu və ya şüursuz şəkildə edilməsi başqa sualdır”, - o deyib.

Podolyak əlavə edib ki, Ukraynanın həqiqətən də uzaqmənzilli raketlərə və təyyarələrə ehtiyacı var, lakin işğal olunmuş ərazilərdə Rusiyanın logistika və istehkamlarına hücum etmək üçün lazımdır.

Qeyd edək ki, bu gün “The Washington Post“ qəzetində çıxmış məqalədə Ukrayna kəşfiyyatı guya fevralın 24-də Moskvaya kütləvi zərbələr endirməyi planlaşdırıb, lakin ABŞ-ın tələbi ilə bundan imtina edib.

Poliqon.info


Etiket: Ukrayna Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda özünü asan iş adamı ilə bağlı yeni təfərrüat: "Qardaşı pəncərəni qırdı…"

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Masallıdakı restoranlardan biri dövlətə məxsus əraziləri zəbt edib?

UEFA Çempionlar Liqası: "Qarabağ" "Dinamo"ya məğlub olub - Yenilənib

Diqqət: Xaricdən Azərbaycana göndərilən bağlamalar vasitəsilə meymunçiçəyinə yoluxa bilərsiniz

Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək

Ən çox oxunanalar