Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda bitki yağları ucuzlaşa bilərmi?

2022-ci ildə Azərbaycanda 32 min 697 ton günəbaxan yağı və 12 min 372 ton qarğıdalı yağı istehsaı olunub...

Dünya bazarında bitki yağlarının, eləcə də onların istehsalı üçün xammal sayılan yağlı toxumların ucuzlaşması müşahidə olunur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mart ayı üzrə hesabatına əsasən, ötən ay bitki yağı üzrə qiymət indeksi 3 % azalaraq 2020-ci ilin dekabr ayından bəri ən aşağı həddə - 131,8 bəndə düşüb.

Ucuzlaşmaya səbəb kimi Braziliyanın əmtəə birjalarına daha çox soya məhsulu çıxarması və Çindən idxal şərtlərinin müəyyən qədər yumşaldılması göstərilir. Halbuki, Rusiya-Ukrayna müharibəsi başlayanda dünyada bitki yağları kəskin bahalaşmışdı. Çünki hər iki ölkə yağlı toxum istehsalında mühüm paya malikdir.

Bəs qlobal səviyyədə qiymət azalması Azərbaycanda bitki yağlarını ucuzlaşdıra bilərmi? "Report" bununla bağlı araşdırma aparıb.

"Ucuzlaşma tezliklə olmayacaq"

Naxçıvanın sabiq kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov hesab edir ki, ölkədə duru yağ istehsalı üçün xammal xaricdən gətirilsə də, yerli istehsalçı məhsulunu hələ ki, alıcılara ucuz təklif etməyəcək.

"Hazırda Azərbaycanda, yarım fabrikat halında ölkəyə gətirilən yağlar saflaşdırılır və hazır məhsullar kimi daxili bazara təqdim edilir. Bu məhsulların əsas rəqibləri Rusiya və Türkiyə istehsalı olunan yağlardır. Amma idxalçı şirkətlər də onları bu tezliklə ucuz satmaq istəməyəcək", - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, bitki yağı bazarında ucuzlaşmaya nail olmaq üçün ölkədə qarğıdalı və günəbaxan dəninin istehsalı genişləndirilməli, xarici xammal bazarından asılılığa son qoyulmalıdır: "Bunun üçün potensial var, sadəcə mütərəqqi suvarma sistemlərinin genişləndirilməsini diqqət mərkəzində saxlamaq lazımdır. Son 5 ildə Mərkəzi Aran, Qərb və Şimal-Qərb bölgələrində qarğıdalı və günəbaxan bitkilərinin əkin sahəsi xeyli artırılıb, amma kifayət qədər deyil. Həmin bitkilərin daha çox əkilməsini stimullaşdırmaq, eyni zamanda daha məhsuldar və keyfiyyətli sortların əkilməsinə diqqət yetirmək lazımdır. Günəbaxan dəninin duru yağ istehsalında effektiv olması üçün onun məhsuldarlığı hər hektarda 40 sentnerdən yüksək olmalı, məhsulun yağlılığı 50%-dən aşağı olmamalıdır. Bunun üçün də xüsusi aqrotexniki qulluq lazımdır, eləcə də tədarük olunan məhsulları saxlamaq üçün xüsusi şəraitə malik anbarlara ehtiyac var".

Statistika nə deyir?

2022-ci ildə Azərbaycanda 11,5 min hektar ərazidə günəbaxan və 30,5 min hektar ərazidə qarğıdalı əkilib. Ötən il ölkədə 29,4 min ton günəbaxan dəni, 275,3 min ton qarğıdalı dəni istehsal olunub. Bunlar, əvvəlki illə müqayisədə 13,8 % çox və 4,2 % azdır.

2022-ci ildə Azərbaycanda 32 min 697 ton günəbaxan yağı və 12 min 372 ton qarğıdalı yağı istehsaı olunub. Bunlar isə 2021-ci ilə nisbətən müvafiq olaraq 9,9 % və 10,3 % azdır.

Azərbaycan ötən il 46 min 405 ton günəbaxan yağı idxal edib, 4 min 470 min ton günəbaxan yağı ixrac edib, 17 min 364 ton qarğıdalı yağı idxal edib, 508 ton qarğıdalı yağı ixrac edib.

Poliqon.info


Etiket: bitki yağları


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar