Şənbə, 27 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı-Ağstafa dəmiryolu xətti üzrə əlavə reyslərin sayı bir qədər də artırılıb

Bakı-Qəbələ marşrutu üzrə isə qatar hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatır...

Azərbaycan Dəmir Yolları” QSC Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatını qarşılamaq məqsədi ilə 22 aprel tarixinə əlavə reys təyin edib.

Səhmdar cəmiyyətdən verilən xəbərə görə, həmin gün Bakı-Ağstafa marşrutu üzrə əlavə reyslə səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. Əks istiqamətdə Ağstafadan saat 15:30-da Bakıya yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

Xatırladaq ki, Ramazan bayramı ilə əlaqədar Bakı-Ağstafa-Bakı marşrutu üzrə ümumilikdə 8 əlavə reys təyin edilib.

Bakı-Ağstafa-BakıBakı-Qəbələ-Bakı sürətli sərnişin qatarlarının ənənəvi qrafikində heç bir dəyişiklik edilmir. Yəni hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, Ağstafadan isə saat 17:10-da yola düşən qatar saat 22:05-də Bakıya çatır.

Bakı-Qəbələ marşrutu üzrə isə qatar hər şənbə günü saat 08:00-da Bakıdan Qəbələyə yola düşərək saat 11:20-də mənzil başına çatır. Qəbələ-Bakı marşrutu üzrə isə qatar hər bazar günü saat 19:00-da yola düşərək Bakı Dəmiryol Vağzalına saat 22:20-də çatır.

Abşeron dairəvi dəmiryolu xətti üzrə elektrik qatarları bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Dörd aylıq körpə binadan necə düşüb? - Təfərrüatlar, Yenilənib

Keçəlliyə qarşı dərman olan əməköməcinin bilmədiyiniz faydaları

Dünyanın ucuz şəhərləri: Qiymətlər çox sərfəlidir - Siyahı

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Günel Zeynalova xəstəxanadan görüntüsünü paylaşdı - Foto

Arda Gülər "Real"da növbəti qolunu vurdu - Video

İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər - Yenilənib

ABŞ Ukraynaya silah alınması üçün fantastik məbləğ ayırdı

Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi

İlham Əliyev Berlindəki iqlim dialoqunda iştirak edib - Yenilənir, Video, Fotolar

Ən çox oxunanalar