Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya DİN-də kütləvi həbslər başladı - Casus ovu...

FTX Rusiyanın təhlükəsizlik qüvvələri haqqında məlumatların Ukraynaya sızması səbəbindən ölkənin daxili işlər orqanlarında genişmiqyaslı "təmizləmə" aparır...

Poliqon Ukraynanın Unian nəşrinə istinadən xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Hesabatda deyilir ki, FTX və Daxili İşlər Nazirliyinin Təhlükəsizlik Xidmətinin Baş İdarəsi son bir neçə həftə ərzində Moskvanın Mərkəzi Dairəsinin Daxili İşlər İdarəsində və bir neçə Moskva polis idarəsində kütləvi yoxlamalar aparır.

Başqa bir məlumata görə, FSB və DİN bu istintaq çərçivəsində artıq polis əməkdaşlarını saxlayıb. Onlar Ukrayna vətəndaşlarına məlumat ötürüblər. FSB və DİN Moskva polis idarəsinə qarşı reydləri Milli Qvardiyanın rəhbərliyində olan tanınmış şəxslərin silsilə həbsləri və işdən çıxarılması fonunda keçirir.

Eyni zamanda, analitiklərin fikrincə, Rusiya hakimiyyəti Kremlin gözündən düşmüş məmurları ölkədən qovmaq və daxili təhlükəsizlik orqanları üzərində nəzarəti daha da gücləndirmək üçün daxili təhlükəsizlik aparatını yenidən nəzərdən keçirmək üçün bu cür həbslər və təhqiqatlara təkan verə bilər.

Qeyd edək ki, Rusiya mətbuatı Moskvanın polis bölmələrini axtarış və işdən azad etmə dalğasının bürüdüyünü yazıb. Təhlükəsizlik qüvvələri “sənədlərin və kompüter məlumatlarının müsadirəsi” həyata keçirib. İddia olunur ki, naməlum şəxslər informasiya sistemlərinə daxil olmaq üçün parolları əldə ediblər. Artıq Moskva polisində "öz istəkləri" ilə işdən çıxarılanlar arasında kütləvi ixtisarlar başlayıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

AYNA: Azərbaycan-Rusiya sərhədində 350 avtomobil gözləyir

Azərbaycan Premyer Liqası: "Kəpəz" "Neftçi"yə qalib gəlib

Vüqar Bayramov: "Azərbaycan Dəmir Yolları" strateji məqsədləri uğurla reallaşdırır"

"İrəvan gündəliyi" kitabının təqdimat mərasimi keçirilib - Fotolar 

Kamran Əliyev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Odla ehtiyatsız davranmaqla yaşıllıqları məhv edənlər 1000 manatdan 2500 manatadək cərimələnəcək

"Kurtlar vadisi"nin məşhur aktyoru Xumar Qədimovanın klipində - Video

Azərbaycan və Tacikistan arasında elmi və tədqiqat əlaqələri yaradılacaq

Baş nazirin müavini Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb

Ən çox oxunanalar