Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan ərazisində ordu saxlayan Ermənistan, Paşinyanın bəyanatları və məntiq...

Paşinyanın Azərbaycan ərazilərini tanıması ilə bağlı bəyanatlarının məntiqi beynəlxalq qaydalara nə qədər uyğundur?...

Politoloq: “Ermənistanın Baş nazirinin parlamentdə verdi bəyanatı ikibaşlıdır”.

“Bu bir faktdır ki, regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan verməyəcək. Nikolun komandası da məsuliyyəti üzərinə götürmək istəmir”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın baş nazirinin Azərbaycanla bağlı verdiyi son bəyanatı Poliqon-a şərh edərkən qeyd edib.

Parlamentdəki çıxışında Paşinyan bildirib ki, İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Bakıdan da Ermənistanın ərazi bütövlüyünü tanımasını istəyir. Bir tərəfdən Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər tərəfdən isə Ermənistan höküməti Qarabağdakı erməni separatçılarının büdcəsini təmin edir, orda ordu saxlayır, Azərbaycanın daxili işlərinə birbaşa qarışır və digər tərəfdən isə Azərbaycandan Ermənistanın ərazi bütövlüyünü tanımasını tələb edir.

Paşinyanın bu məntiqi beynəlxalq qaydalara nə qədər uyğundur və Paşinyan əslində belə məntiqsiz bəyanatlar verməklə nəyə can atır?

Mövzu ilə bağlı Poliqon-un əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri, Azərbaycan-Qazaxıstan Ekspertlər Şurasının üzvü Zaur Məmmədovun fikirlərini öyrənib.

Zaur Məmmədov: “Paşinyanın Azərbaycan SSR-nin sərhədlərini tanıyırıq deməsi - hüquqi cəhətdən Qarabağı da qonşu dövlətin ərazisi kimi qəbul etməsi kimi başa düşülməlidir”.

Ən prinsipial məsələnin Qarabağla bağlı olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, Qarabağ ifadəsi sənəddə olmasa da, “Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıram” ifadəsi üzərində Ermənistanın imzası olmalı, Ermənistan bunu imzası ilə təsdiqləməlidir:

“Paşinyanın parlamentdə verdi bəyanatı ikibaşlıdır. Onun Azərbaycan SSR-nin sərhədlərini tanıyırıq deməsi - hüquqi cəhətdən Qarabağı da qonşu dövlətin ərazisi kimi qəbul etməsi kimi başa düşülməlidir. Məlumdur ki, Ermənistanda tez-tez 1988-ci il keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma qərarına istinad edilir. Xatırladım ki, 20 fevral 1988-ci il tarixində keçmiş DQMV Xalq Deputatları Sovetinin iclasında erməni icmasının nümayəndələri Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə DQMV-nin Azərbaycan SSR-dən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi haqda tələb ünvanlayıblar. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, müttəfiq respublikaların sərhədlərinin dəyişdirilmə qaydaları SSRİ və müttəfiq respublikaların konstitusiyalarında təsbit edilib.

SSR Ali Soveti və Rəyasət Heyətinin 10 yanvar və 3 mart 1990-cı il tarixli qərarlarında da Azərbaycan SSR və Ermənistan SSR arasındakı sərhədlərin və Konstitusiya ilə müəyyən edilmiş milli-ərazi bölgüsünün dəyişdirilməsinin yolverilməz olduğu birmənalı şəkildə bəyan edilib.

Zaur Məmmədov: “Rəsmi Bakı və İrəvan arasında üst-üstə düşən və düşməyən mövqelər var”.

Faktdır ki, regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan verməyəcək. Nikolun komandası da məsuliyyəti üzərinə götürmək istəmir. Qalır bircə adam - o da özü. Hələlik AzərbaycanErmənistan arasında davam edən danışıqlarda sülh müqaviləsinin dördüncü qaralaması masa üzərindədir. Rəsmi Bakı və İrəvan arasında üst-üstə düşən və düşməyən mövqelər var. Bu sənədin üzərində iş davam etməkdədir. Ən prinsipial məsələ isə təbii ki, Qarabağla bağlıdır. Qarabağ ifadəsi sənəddə olmasa da, “Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü tanıyıram” ifadəsi üzərində Ermənistanın imzası olmalı, Ermənistan bunu imzası ilə təsdiqləməlidir.

Hər halda, həqiqət ondan ibarətdir ki, Paşinyanın əlinə tarixi şans düşüb. O, 28 000 kv.km-i qorumalıyıq deməklə həqiqəti deyir. Vaxtilə Ter-Petrosyan da Qarabağla bağlı açıqlama verəndə onu xəyanətdə günahlandırırdılar. 2020-ci ilin sonu Petrosyanın gələcəyi digər ermənilərdən daha yaxşı gördüyünü göstərdi. İndi isə Paşinyan deyir və ona bu gün qulaq asmayanlar sabah peşman olacaqlar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar