Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zelenski Ukrayna-Belarus sərhəddində olub - Video

Ukrayna prezident Vladimir Zelenski ölkənin Belarus və Polşa ilə sərhədinin bir hissəsinə baş çəkib...

Poliqon xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında məlumat verib.

"Volın. Ukraynanın Belarus və Polşa ilə sərhədi. Bu gün burada olmaq, sərhədçilərimizə dövlət sərhədini qoruduqlarına görə təşəkkür etmək mənim üçün şərəfdir. Baxmutda dövlətimizi qoruduqlarına görə... Mən bilirəm ki, siz orada necə möhkəm dayanmısınız", deyə Zelenski qeyd edib.

Prezident vurğulayıb ki, ukraynalılar güclü sərhədçilərlə fəxr edirlər: "Dövlətimizi qorumaqda sahib olduğumuz gücü, ədaləti və qəzəbi qoruyun".

Dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, Zelenski bu istiqamətdə dövlət sərhədinin tənzimlənməsi ilə tanış olub. O cümlədən, prezidentə məlumat verilib ki, Ukrayna sərhədinin etibarlı mühafizəsini və Belarus ərazisindən mümkün düşmən basqınını dəf etməyə hazırlığı təmin etmək məqsədilə mühəndis sədləri, istehkamlar və uzaqdan videomüşahidə sistemləri qurulur.

Sərhədçilər 2022-ci ilin əvvəlindən Volın vilayəti daxilində Belarusla sərhədin möhkəmləndirilməsi istiqamətində görülən işlərin həcmini nümayiş etdiriblər.

Prezident sərhəddə müşahidə məntəqəsinə və iki səviyyəli arxlar sisteminə də baxıb. Müşahidə postunun mövqeyindən məsafədən videomüşahidə sistemlərinin köməyi ilə sərhəd xəttinə gecə-gündüz nəzarətin necə həyata keçirildiyi nümayiş etdirilib. Dövlət başçısına pilotsuz uçuş aparatlarının aşkar edilməsi sistemləri nümayiş etdirilib.

Zelenski Dövlət Sərhəd Xidmətinin hərbçiləri ilə söhbət edib və onlara mükafatlar və medalları təqdim edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Ən çox oxunanalar