Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb

Azərbaycanın Rus icması Zabrat qəbiristanlığındakı hadisə ilə bağlı bəyanat yayıb.

"Report" xəbər verir ki, icmanın bəyanatında deyilir ki, Azərbaycanın rus icmasına Zabrat-1 və Balaxanı kəndləri arasında yerləşən Zabrat qəbiristanlığında vəziyyətlə bağlı bir neçə müraciət daxil olub.

“Şahidlərin təqdim etdikləri vandalizm aktlarını əks etdirən fotoşəkillərdə dağıdılmış və aşmış məzar daşları olan qəbirlər görünüb. Bundan başqa qohumlar tərəfindən əkilən ağaclar, kollar və hasar sındırılıb.

Baş verənlər sadəcə olaraq hiddət doğurur. Tolerant multikultural Azərbaycan cəmiyyətində bu, ictimaiyyətdə və mediada hiddət doğurdu. Azərbaycanın rus icması törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir və hadisəyə göstərilən diqqətə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir. Hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə artıq Sabunçu rayonunun Balaxanı kəndindəki rus qəbiristanlığına baxış keçirilib. Bütün məzar daşlarının yenidən bərpa olunacağı vurğulanıb”, - bəyanatda qeyd olunub.

Bildirilib ki, baş prokurorun birinci müavini Elçin Məmmədov Rus İcmasının sədri, deputat Mixail Zabelinlə əlaqə saxlayıb və qəbiristanlıqda baş verən vandalizm aktları ilə bağlı bütün hadisələrin araşdırılması üçün istintaq qrupunun yaradılması barədə göstərişin verildiyini bildirib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparıldığı diqqətə çatdırılıb.

Bəyanatda o da qeyd olunub ki, Azərbaycanın rus icması istintaqın gedişatını izləməkdə və ictimaiyyəti məlumatlandırmaqda davam edəcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar