Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurasının Baş katibi ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında telefon danışığı baş tutub...

Poliqon.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Nazir KƏŞ-in Baş katibi vəzifəsinə təyinatı münasibətilə Casim Əl-Budeyvini təbrik edib, ona fəaliyyətində uğurlar arzu edib.

Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərinin mövcudluğundan bəhs edən nazir C. Bayramov, bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə KƏŞ Baş Katibliyi arasında Məsləhətləşmələrin Mexanizmi haqqında Anlaşma Memorandumu”nun imzalanmasının Azərbaycan və KƏŞ arasında münasibətlərin inkişafına mühüm töhfə verdiyini bildirən nazir bu xüsusda sözügedən Memorandumdan irəli gələn məsələlərin, habelə növbəti addımların müzakirəsi istiqamətində qarşılıqlı təmaslar və dialoqun əhəmiyyətini vurğulayıb.

İqtisadi sahədə birgə həyata keçirilən layihələrin perspektivləri, o cümlədən Azərbaycan və KƏŞ arasında keçirilən birgə biznes forumların nəticələrinə məmnunluqla istinad edən C.Bayramov, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi isttiqamətində mövcud potensialdan istifadənin zəruri olduğunu diqqətə çatdırıb.

Casim Əl-Budeyvi KƏŞ-ə üzv dövlətlər ilə Azərbaycanı birləşdirən bir çox ortaq dəyərlərin mövcudluğundan məmnunluqla bəhs edərək, bu xüsusda baş katibliyi dönəmində münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Tərəflər qarşıdan gələn Ramazan bayramı münasibətilə bir-birilərinə qarşılıqlı səmimi təbriklərini çatdırıb, bu müqəddəs bayramın bütün İslam dünyasına əmin-amanlıq gətirməsini arzu ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Murad Dadaşov uzun müddət sonra ilk dəfə həyat yoldaşı ilə - Foto

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay