Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan İdman Mediası İrəvanda bayrağımızın yandırılması ilə bağlı bəyanat qəbul edib - Foto

Azərbaycan İdman Mediası İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandırılması ilə bağlı bəyənat qəbul edib...

Poliqon.info xəbər verir ki, bəyənatda deyilir ki, İrəvanda baş verənlər ağlasığmazdır eyni zamanda istənilən idman turnirinin əsas dəyərlərinə belə açıq-aşkar hörmətsizlik nümayişi sadəcə olaraq qəbuledilməzdir:

“14 aprel 2023-cü il tarixində Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Bayrağının yandırılmasına görə hiddətləndiyimizi bildiririk.

İstər ölkəmizdə, istərsə də xaricdə müxtəlif idman tədbirlərini işıqlandırmaq bizim peşəkar fəaliyyətimizin önəmli hissəsidir. Məlumdur ki, idman yarışları parlaq rekordlar və sağlam rəqabət deməkdir. Qələbə sevinci və məğlubiyyətlə yanaşı idmanı bu qədər dəyərli edən başqa bir unikal xüsusiyyət də var. İdman hətta bütün digər kommunikasiya vasitələri ilə əlaqə qurmaq mümkün olmadıqda insanların ünsiyyəti üçün unikal fürsət verir. Olimpiyadaların mahiyyətində əks olunduğu kimi idman bütün dünyada sülhün carçısıdır.

AzərbaycanErmənistan arasındakı münasibətlərin həssaslığına baxmayaraq idmançılarımızın iştirakı ilə bağlı hərtərəfli müzakirələrdən sonra Azərbaycan milli komandası İrəvana yollanıb.

Ötən əsrin 80-ci illərinin sonundan Ermənistanın Azərbaycana qarşı 30 illik işğalı ilə nəticələnib və BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapmış tecavüzü torpaqlarımızın 20 faizini xarabalığa və minalanmış ərazilərə çevirib. Biz 2020-ci ildə torpaqlarımızı azad edərək regionda davamlı sülhün bərqərar olması üçün səylər göstəririk. Bizim səlahiyyətli qurumlarımız tədbir təşkilatçılarının İrəvandakı çempionatın nifrət və qərəzdən azad olacağı ilə bağlı dəfələrlə verdikləri zəmanətə inanmışdır. İndi göründüyü kimi bunlar boş vədlər imiş.

Bayrağımızın Ermənistanda təhqir olunması təəccüblü deyildir. Çünki Ermənistan cəmiyyətində Azərbaycana ve onun vətəndaşlarına qarşı illərlə kök salmış nifrət Ermənistanda dərin iz buraxıb. Məhz bunun nəticəsidir ki, hansısa yolla akkreditə olunmuş, tedbir teşkilatçıları arasında olan bir barbar bayrağımızı yandırıb. Onu da xatırladaq ki, elə həmin nifrət səbəbindən bu həftənin əvvəlində əlverişsiz hava şəraitinə görə yolunu azmış və Ermənistanın müvafiq səlahiyyətli qurumları tərəfindən saxlanılan iki silahsız Azərbaycan əsgəri döyülərək alçaldılıb.

Azərbaycan mütəmadi olaraq böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməkdədir. Biz bütün bu yarışları, o cümlədən erməni idmançıların iştirak etdiyi yarışları işıqlandırıb. Ölkəmizdə heç vaxt belə iyrənc hadisələr baş verməyib. Idmançıların yarışmaq və əsl idman ruhundan həzz almaq üçün qatıldıqları yarışda iştirak etmələrinə şərait yaratmaq təşkilatçıların üzərinə düşən əsas məsuliyyətli vəzifədir.

Biz beynəlxalq ictimaiyyəti İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində baş vermiş iyrənc hadisəni pisləməyə çağırırıq. Azərbaycanın idman jurnalistləri olaraq auditoriyamıza idman sevinci bəxş edərək öz işimizi görmək imkanının olmasını istəyirik.”

Fotolar

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

Qubad İbadoğlunun yaşayış yerinin dəyişdirilməsi barədə vəsatət təmin edilib

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova

Bəhram “kənd-şəhər” söhbəti etdi, tənqid olundu - Video

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

Ən çox oxunanalar