Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Tacikistan dostluq münasibətləri əsrlərlə ölçülür

Azərbaycan və Tacikistanın dostluq münasibətləri əsrlərlə ölçülür və dərin köklərə söykənir. Azərbaycan və Tacikistan dövlətləri arasında qurulan diplomatik əlaqələr ötən əsrin 90-cı illərinə təsadüf edir. Belə ki, hələ ötən əsrin 20-30-cu illərində savadsızlığı ləğv etmək məqsədi ilə Tacikistana yüzlərlə azərbaycanlı göndərilmişdir. Sovet dönəmində ümummilli liderimiz Heydər Əliyev Mərkəzi Komitədə işləyən vaxtı dəfələrlə Tacikistana kömək etmiş, orada bir sıra həyati problemlərin həll edilməsinə nail olmuşdur. 2008-ci ildə isə Azərbaycan Tacikistanda şaxtalı havalar ölkə iqtisadiyyatına ziyan vuranda bir milyon dollar məbləğində dost ölkəyə humanitar yardım etmişdir.
Ölkələr arasında hər zaman mədəni əlaqələr olub. Tacik oxucuları Nizami Gəncəvi, Məhəmməd Füzuli və bir çox Azərbaycan klassiklərini sevərək oxuyublar. Bu gün də Azərbaycanlı şair və yazıçıların əsərləri tacik dilinə böyük tirajla tərcümə edilir.

Bu il aprel ayının 5-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Tacikistan Respublikasına növbəti dəfə rəsmi səfər edib. Bu səfərlər şübhəsiz ki, iki dövlət arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost ölkə olan Tacikistan Respublikasına dövlət səfəri çərçivəsində qeyd edib ki, “O vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Ən dəhşətli müharibə qardaş qırğınıdır. Həm Prezident Emoməli Rəhmon, həm də Ulu Öndər Heydər Əliyev, – hərəsi öz ölkəsində, - qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün, nə mümkündürsə, etdilər və buna nail oldular”.

Şübhəsiz ki, əlaqələrin bugünkü səviyyədə qurulmasında hər iki dövlətlərin prezidentlərinin böyük rolu vardır.

İşgüzar görüş zamanı Azərbaycan və Tacikistan ticari-iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu, sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə və yüksək texnologiyalar, energetika, elm və təhsil, mədəniyyət, turizm, bank sektoru, miqrasiya, əhalinin məşğulluğu, gənclər siyasəti və idman sahəsində əməkdaşlığı da genişləndirmək qərara alınıb.

Azərbaycan-Tacikistan dövlətləri arasında mədəni əlaqələrin qurulmasında atılan addımlar və bu sektorda görülən çoxşaxəli işlərin nəticəsi kimi Azərbaycanın Gəncə və Tacikistanın Düşənbə şəhərlərinin qardaş şəhərlər olması mühüm faktorlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Xalqlarımız əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşayıb, dostluq ediblər. Təsadüfi deyil ki, Azərbaycanda tacik mədəniyyətini, Tacikistanda Azərbaycan mədəniyyətini çox yüksək qiymətləndirirlər. Tacikistanda dahi Azərbaycan şairi, doğma Gəncədə doğulmuş, yaşamış və orada dünyasını dəyişmiş Nizami Gəncəvini sevirlər və ona ehtiram bəsləyirlər. Bu mədəni bünövrə bu gün bütün istiqamətlər üzrə fəal qarşılıqlı əlaqələr üçün zəmin yaradır“.

Adəm Babayev
Bakı Mühəndislik Universiteti, “YENİ Klub”un sədri

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

General Mayis Bərxudarov vəzifədən azad olunmasından danışdı

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

Porno model futbol matçının fasiləsində stadionda fanatı ilə sekslə məşğul olub

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

Bakıda hərbi qaydaların idarə olunması ilə bağlı yüksək səviyyəli seminar keçirilir

Kuba BRICS-də tərəfdaş statusu almaq üçün müraciət edib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay