Şənbə, 01 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov və ATƏT sədrinin müzakirə etdiyi məsələlər açıqlanıb

Azərbaycan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmaninin görüşü barədə məlumat yayıb...

Qurumdan bildirilib ki, C.Bayramov və B.Osmani arasında təkbətək müzakirələrdən sonra, hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.

Geniştərkibli görüşdə aparılan hərtərəfli müzakirələr zamanı həm Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi üzrə müxtəlif mövzulara, həm də Azərbaycan-Şimali Makedoniya ikitərəfli münasibətlərinin perspektivlərinə toxunulub.

Görüşdə ATƏT üzrə ölkəmizin baxışları diqqətə çatdırılıb. Sülh və təhlükəsizliyin bərpası, münaqişələrin qarşısının alınması, əməkdaşlığın təşviqi, davamlı iqtisadi artıma və ekoloji əməkdaşlığa dəstək məsələlərinin Şimali Makedoniyanın sədrliyi gündəmində əsas yer tutması qeyd olunub.

Rəsmi Bakının Şimali Makedoniyanın sədrliyinin minalardan təmizləmə, kiber təhlükəsizlik, kommunikasiya xəttləri, gender bərabərliyi, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi, korrupsiya ilə mübarizə daxil olmaqla iştirakçı dövlətlərə dəstək kimi prioritet sahələrin müsbət qiymətləndirdiyi bildirilib.

İkitərəfli gündəlik üzrə iqtisadiyyat, ticarət, nəqliyyat, enerji təhlükəsizliyi, təhsil və turizm kimi sahələrdə dialoqun və dövlətlərarası tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu xüsusda, yüksək səviyyəli qarşılıqlı səfər və görüşlərin, o cümlədən ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən bəhs edilib. Ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsi və dost xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə səylərin uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Görüşdə, həmçinin Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması üzrə səyləri, münaqişədən sonrakı bərpa, yenidənqurma və reinteqrasiya işləri barədə prioritetləri müzakirə edilib. Bu xüsusda, əsas məqsəd olan sülh müqaviləsinin imzalanması ilə AzərbaycanErmənistan arasında dövlətlərarası səviyyədə normallaşmaya dair ölkəmizin baxışı diqqətə çatdırılıb və Ermənistanın bu cür səylərə zərbə vuran maneələri və hərbi-siyasi təxribatları barədə qarşı tərəfə məlumat verilib. Bu xüsusda, ATƏT-in üsul və vasitələrinin təşkilatın post-münaqişə reabilitasiya fəaliyyətləri ilə geniş və hərtərəfli şəkildə məşğul olması üçün əsas təşkil etdiyinə görə, təşkilatın Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirdiyi post-münaqişə bərpa səylərinə, o cümlədən minalardan təmizləmə işinə töhfə verməsi məsələsinin vacibliyi vurğulanıb. Ötən il büdcədənkənar Azərbaycan Əməkdaşlıq Proqramının (AzCOP) təsdiqlənməsi və ATƏT-in Katibliyi tərəfindən müvafiq repozitor proqramın yaradılması təqdir edilib.

Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış - Əmlaklarının siyahısı

Cənab İlham Əliyevə cinayət barədə – Açıq müraciət

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq....

Milli Məclisin növbədənkənar sessiyası çağırılıb

Növbəti köç karvanı Laçına çatıb, evlərin açarları təqdim olunub - Yenilənib

Qusarın İcra başçısı vəzifəsindən azad edilib

Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar...

Milli Məclis 2023-cü il büdcəsinin icrasını I oxunuşda qəbul edib - Yenilənib

Kürdəmir Suvarma İdarəsindən 8 ayda yarım milyonluq üç tender “udan” iki şirkətin bir nəfər sahibi kimdir

Ən çox oxunanalar