Cümə, 11 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Jurnalistikanın gələcəyi - Süni intellekt jurnalistlərin işini əvəz edə biləcəkmi?

2026-cı ilə qədər internetdə dərc edilən kontentlərin təxminən 90 faizinin avtomatik olaraq hazırlanacağı istisna olunmur. Amma siyasət, iqtisadiyyat və ya intellektual sahə kimi daha ciddi məzmunlu sahələrdə hələ də insan jurnalistlərə ehtiyac duyalacaq...

Yasir Abdulaziz
“İndependent” qəzeti

İtaliyanın “Al Foggio” qəzeti ötən ayın ortalarında oxucuları arasında maraqlı müsabiqə elan edib.

Qəzetin səhifələrində süni intellekt üsullarından istifadə edərək əldə olunan materiallar da dərc olunub. Burada əsas çətinlik oxucunun insan məhsulu ilə süni intellekt məhsulu arasında fərq qoyması olacaq.

Oxucu süni intellekt və insan məhsulu olan bu fərqi düzgün müəyyən etdikdə, onlara pulsuz qəzet abunəsi və bir şüşə şampan verilir.

Mən ChatGPT proqramının jurnalist işinin qaydaları və yayım prinsipləri haqqında bildiyim standartlara uyğun olaraq nəşrə uyğun jurnalist mətnləri hazırlamaq qabiliyyətini araşdırdım.

Belə qənaətə gəldim ki, süni intellekt jurnalistlərə və kontent -məzmun sənayesi menecerlərinə onların işini dəyişdirə biləcək şəkildə kömək edə bilər. Bununla belə, bu cür yardım hələ də bir çox riskli və mənfi cəhətlərlə dolu olacaq.

Ona görə də süni intellekt bütün jurnalistləri başqa peşələrə keçməyə məcbur etçəyəcək və onları əmək bazarından tamamilə qovmayacaq.

“Reuters” İnstitutu və Oksford Universitetinin ötən ayın son həftəsində keçirdiyi sorğuda iştirak edən ekspertlər bu yeni mexanizmlərin dərc olunan məzmunun xarakterini kəskin şəkildə dəyişdirəcəyi ilə razılaşıblar. Ekspertlərin bəziləri 2026-cı ilə qədər internetdə dərc edilən kontentlərin təxminən 90 faizinin avtomatik olaraq hazırlanacağını bildirib.

Mən bu qənaətlə razılaşmıram. Nə qədər ki, süni intellekt texnologiyalarının, xüsusilə ChatGPT texnologiyasının işlədiyi alqoritmlər bu texnologiyaların təmin etdiyi sürətli inkişafın xarakterinə görə çətin və gərgin məşq proseslərində əhəmiyyətli dərəcədə inkişaf etməyib, bu, mümkün deyil. İstehsal etdikləri nəgəng intellektuallar insan məhsulunu daha yaxından təqlid etmək üçün iş üsullarını inkişaf etdirsələr, buna nail ola bilər.

Bununla belə, bir qədər yolverilməz olan odur ki, bu yeni texnologiyalar dərc edilmiş məzmunun redaktəsini idarə edən insan elementinin performansını imitasiya etməyə fokuslanarkən, eyni zamanda, süni intellektdin performans qərəzliyi dilemması da davam edir.

Süni intellektin istehsal etdiyi şeylərin çoxu ilk növbədə tənqid və bəyənilmə mövzusu olaraq qalır ki, bu da dəqiqlik və obyektivlik tələblərinə riayət etmək, arqumentlər və sübutların qurulması üçün mənbələrin seçilməsi sahəsində səhvə yol verir. Mənim ChatGPT-də mətbuat materialları hazırlamaq üçün apardığım təcrübə göstərdi ki, bu texnologiya insan elementindən ən azı on dəfə daha sürətli ola bilər. Bununla belə, süni intellektin işləmə mexanizmi öz mövzusunun müxtəlif aspektlərini araşdırmağa və lazımi tarazlığa nail olmaq üçün müvafiq resursları seçməyə imkan vermir.

Süni intellektin işlərində qeyd olunan üsullar ilkin dərc olunmuş məzmunun tədqiqinə əsaslanır. Dizaynlarının təbiətinə görə, o, açıq-aşkar mübahisəli məqamlara qapılmamaq və onları həll etmək üçün bir nöqteyi-nəzərdən istifadə etməmək üçün sərt bir yanaşma tətbiq edir.

Bunlar bir çox hallarda qərəzliliyə meylin artmasına səbəb olsa da, insan elementinin önə çıxdığı şeylərdir.

Keçən həftə də aralarında Elon MAsk da daxil olmaqla yüzlərlə mütəxəssis süni intellektdən qabaqcıl sistemlərin hazırlanması və ChatGPT 4-ün bu sistemlərin yaratdığı risklərə görə ən azı altı ay müddətinə dayandırılmasını tələb edən petisiya imzalanıb. Bu, ekspertlərə, istifadəçilərə və geniş ictimaiyyətə bu texnologiyaları sınaqdan keçirmək və onların uyğunluğunu və böyük səhvlərə yol vermədən nəzərəçarpacaq fayda təmin etmək qabiliyyətini araşdırmaq üçün müvafiq fürsət verə bilər.

Bəzi tənqidçilər bu iddianın böyük texnologiya şirkətləri arasında biznes rəqabətinin bir hissəsi ola biləcəyini deyirlər. Bəziləri isə bunu ChatGPT-nin əldə etdiyi inanılmaz tərəqqi fonunda onu rəqabətdən kənarlaşdırmaq üçün bir yol kimi görürlər.

Bu, həm də məqbul bir təklifdir, baxmayaraq ki, onu gücləndirmək üçün obyektiv bəhanələr var.

Eyni sürətlə buraxılması gözlənilən hazırkı versiyasında ChatGPT, jurnalistlər üçün iş imkanlarını, xüsusən də xidmət jurnalistikası, əyləncə və idman sahələrində azalda bilər. Amma siyasət, iqtisadiyyat və ya intellektual sahə kimi daha ciddi kontentlər yenə də insan jurnalistlərə ehtiyac duyacaq.

Jurnalistlər isə jurnalistika dünyasında qarşıdan gələn şiddətli rəqabətə tab gətirmək üçün peşəkar bacarıqlarını təkmilləşdirməli olacaqlar.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xalq artisti Emin Ağalarov Kürdəxanıda yaşayış binaları tikəcək

Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

Bakıda məşhur restoran gecəyarısı qarət edildi: Dəyərli əşyalar oğurlanıb

Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti

Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

Türkiyədə növbədənkənar prezident seçkiləri 2027-ci ilin ortasından sonra müzakirə oluna bilər

Kobaxidze: Gürcüstanın ərazi bütövlüyünün sülh yolu ilə bərpası tamamilə mümkündür

Yeddi bürc üçün yeni qapılar açılmaq üzrədir

COP29-un prezidenti: Yeni Kollektiv Kəmiyyət Məqsədi danışıqların əsas prioriteti olaraq qalır

Ən çox oxunanalar