ABŞ-da tornadolar seriyalarında ölənlərin sayı 32-yə yüksəlib, onlarla insan yaralanıb...
Poliqon.info xəbər verir ki, bu barədə Nyu-York Times məlumat yayıb.
Qəzetin məlumatına görə, ölənlər Alabama, Delaver, Arkanzas, İllinoys, İndiana, Tennessi və Missisipi ştatlarında yaşayıblar. Bildirilir ki, yanlnız Tennessi ştatında 15 nəfər fəlakətin qurbanı olub.
Qeyd edək ki, tornadolar aprelin 1-nə keçən gecə ABŞ-ın yeddi ştatından keçib. İllinoys ştatında 100 mindən çox insan işıqsız qalıb.
Poliqon.info