Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 100 milyon dollarlıq yardımı: Türkiyədə binalar, sosial obyektlər və təhsil ocağı tikiləcək

Martın 20-də Brüsseldə keçirilmiş “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” Beynəlxalq Donorlar Konfransında Azərbaycan zəlzələ bölgəsində yenidənqurma işləri üçün 100 milyon ABŞ dolları məbləğində yardım ayırdığını elan edib.

Poliqon.info xəbər verir ki, Azərbaycanın yardım üçün ayırdığı vəsait hesabına yaşayış binalarının, sosial obyektlərin və təhsil ocağının tikintisi həyata keçiriləcək.

Məlumdur ki, zəlzələnin ilk günlərindən etibarən Azərbaycan Türkiyəyə dəstək nümayiş etdirərək, dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyət, könüllülər, habelə humanitar yardımlar (940 nəfər xilasedici, tibbi personal və könüllü dəstələri, 5 300 tondan artıq humanitar yük) göndərib. Türkiyəyə zəlzələ bölgəsində çalışan aidiyyəti təşkilatlar vasitəsilə isə 45 milyon ABŞ dollarından artıq maddi yardım göstərilib.

Bu, bir daha onu sübut edir ki, Azərbaycan hər zaman olduğu kimi bundan sonra da qardaş Türkiyənin yanında olacaq.

Xatırladaq ki, “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” beynəlxalq donorlar konfransında Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlər üçün 7 milyard avroya yaxın yardım öhdəliyi götürülüb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar