Bazar, 19 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putin Çin Sədri ilə görüşdə Ukraynanı müzakirə edərkən danışıqlara açıq olduğunu bildirib

Çin Sədri Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə Ukraynanı müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.

“Si Cinpin vurğulayıb ki, Ukrayna məsələsində sülh və şüur səsləri artır, əksər ölkələr gərginliyin azaldılmasının tərəfdarıdır, sülh və danışıqların tərəfdarıdır və odun üstünə yağ tökməyin əleyhinədir. Tarix göstərir ki, münaqişələr dialoq və danışıqlar yolu ilə həll edilməlidir”, - KİV qeyd edib.

Həmçinin qeyd olunub ki, Çin rəhbəri Pekinin Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün “sülh planı” ictimailəşdirdiyini xatırladıb.

“Çin Ukrayna məsələsinin siyasi həllinin təşviqində qurucu rol oynamağa davam edəcək”, - Si Cinpin əlavə edib.

Öz növbəsində Putin bildirib ki, “Rusiya Çinin sülh planını diqqətlə öyrənib və danışıqlara açıqdır”.

Xatırladaq ki, martın 20-də Çin Sədri Si Cinpinin Rusiyaya dövlət səfəri başlayıb. Eyni gün Çin rəhbəri ilə Rusiya Prezidenti Vladimir Putin arasında qeyri-formal görüş baş tutub. Danışıqlar 4,5 saat davam edib. Si Cinpinin Rusiyaya səfəri martın 22-dək davam edəcək.

Poliqon.info


Etiket: Çin Rusiya


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni Hərbi Hava Qüvvələrinə komandan təyin olunan şəxs kimdir? - Dosye

Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - Yenilənib 

DİM sədri: İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan məscidinin açılışında iştirak ediblər - Foto, Yenilənib

Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - Foto

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Baş Qərargah rəisi: Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir

Rusiya üzərində qələbə qeyri-mümkündür - Radev

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Ən çox oxunanalar