Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kürün mənsəbində suyun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları coğrafiya üzrə fəlsəfə doktorları, dosentlər Mirnuh İsmayılov, Səidə Zeynalova və Gülnar Hacıyeva, eləcə də k.e.i. Aminə Muradova SalyanNeftçala rayonlarında çöl tədqiqatında olublar.

AMEA-dan Poliqon.info-ya verilən xəbərə görə, martın 10-dan 14-dək aparılan landşaft-ekoloji monitorinq və elmi tədqiqatın məqsədi Azərbaycanın Aran regionunda şirin su qıtlığının təbii və antropogen ekosistemlərdə yaratdığı ekoloji vəziyyətin tədqiqi olub.

Alimlər aran regionunun digər ərazilərinə nisbətən Kür çayının SalyanNeftçala rayonları ərazisindən keçən hissəsində şirin su qıtlığının daha kəskin vəziyyət aldığını müşahidə ediblər. Kür çayı quruyub, yatağında axımı olmayan kiçik gölməçələr qalıb. Çay yatağında davamlı bitki örtüyünə malik landşaftlar geniş sahədə quruyub, takırabənzər yataq əmələ gəlib. Kürün dənizə açıldığı yerdə süni bəndin tikilməsi ilə çay və dəniz ekosistemləri arasında mübadilə tamamilə dayanıb. Bu hissədə Kür suyunun səviyyəsi dənizdən 1,6 m aşağı düşüb.

Yay aylarında bu su ekosisteminin xəstəlik mənbəyinə çevriləcəyini ehtimal edən mütəxəssislər əhalinin su ilə tam təmin oluna bilməyəcəyini, habelə əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranacağını diqqətə çatdırıblar.

Mütəxəssislər problemin səbəbləri, şirin su ekosistemlərinin idarə olunması və buna qarşı mübarizə tədbirləri istiqamətində əldə etdikləri materialların təhlilinə dair işləri davam etdirirlər.

Fotolar

Poliqon.info


Etiket: Kür çayı


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

ABŞ Ukraynaya silah tədarükü üzrə qrupun iclasını keçirəcək

İsrail ordusu: Ötən il Qəzzada öldürülən 3 girovun meyitləri tapılıb

Sankt-Peterburqda hərbi akademiyada partlayış olub, 7 nəfər yaralanıb - Yenilənib

Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib

Bəzi rayonlara yağış, qar yağıb, Qəbələyə dolu düşüb - Faktiki hava, Yenilənib

Ən çox oxunanalar