Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda çörək niyə ucuzlaşıb?

Azərbaycana xarcidən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib...

Azərbaycanda iri pərakəndə ticarət şəbəkələrində çörəyin qiymətində enmə müşahidə edilir. Artıq martın 11-dən etibarən bir sıra ticarət şəbəkələrində 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb.

Bəs çörəyin ucuzlaşması hansı faktorlarla əlaqədardır?

Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan RusiyaQazaxıstanda ərzaqlıq buğdanın qiyməti ucuzlaşıb. Eyni zamanda beynəlxalq proqnozlara əsasən, bu il buğda istehsalı artacaq. Belə ki, FAO-nun (Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) Dünya Buğda Bazarı üzrə gözləntilərinə əsasən, 2022/2023-cü il mövsümündə qlobal buğda istehsalı 2 % artacaq. Bununla yanaşı, Qara dəniz limanlarının fəaliyyətinin (buğda ixracının) qismən bərpası, qlobal istehsalın həcmində gözlənilən artım buğda qiymətlərinə olan təzyiqi müəyyən qədər azaldıb. Belə ki, ötən ilin iyul ayında İstanbulda BMT, Ukrayna, Türkiyə və Rusiyanın iştirakı ilə imzalanan və sonuncü dəfə 120 günlüyünə uzadılan “Taxıl saziş”inin daha 60 gün prolonqasiya olunması razılaşdırılıb. Bu, taxıl bazarının perspektivinə dair nikbin proqnozun formalaşmasında mühüm rol oynayır.

Unun qiymətinin aşağı düşməsi çörəyin ucuzlaşması ilə müşahidə olunur

Ötən ay Azərbaycana xarcidən gətirilən ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 % aşağıdır. Bu, Azərbaycanda unun topdansatış qiymətinin də enməsi ilə müşahidə edilib. Belə ki, hazırda 50 kiloqramlıq bir kisə unun topdansatış qiyməti 35,5 manat – 37,2 manat təşkil edir. Halbu ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat olub. Tələb-təklif prinsipinə uyğun olaraq daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə də birbaşa təsir edib.

Qeyd etmək lazımdır ki, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışının 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilməsi bazarda istehlakçılar üçün əlverişli qiymətlərin formalaşması üçün əlavə şərait yaradır.(report)

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - Yenilənib

Səhər edilən bu səhv xərçəng riskini artırır - Alimlər açıqladı

Pensiya alanlara şad xəbər - 2 yerdən pul ala biləcəklər - Video

İsrailin İrana müdaxiləsi ən çox Putinə lazımdır

İsrailin məktəb və məscidə hava zərbələri nəticəsində 24 nəfər öldü, 93 yaralı var

Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - Yenilənib

Bakı yollarının zolaqlı problemi: Çıxış yolu nədir?

Kir Starmer: İran-İsrail münaqişəsi dünya üçün dağıdıcı nəticələrə səbəb olacaq

MOSSAD “Hizbullah”ın peycerlərini partlatmaq əməliyyatını 2022-ci ildən planlaşdırırmış

Tokayev: Qazaxıstanda AES beynəlxalq konsorsium tərəfindən tikilməlidir

Oktyabrın 6-7-si ilə bağlı əhaliyə xəbərdarlıq 

Ən çox oxunanalar