Çərşənbə, 02 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hindistan Ermənistanı silahlandırır... - Dehlinin bu təşəbbüsü qədər effektli ola bilər?

Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib...

Politoloq: “Ermənistanın sülh əvəzinə silah axtarması onu göstərir ki, silahlanma yarışında Azərbaycandan dəfələrlə geri qalan Ermənistan daha effektiv silah axtarışındadır”.

“İsrail silah sənayesinin müasir silah növlərini Hindistanla yox, heç Rusiya ilə müqayisə etmək doğru olmaz. Amma silahın yaxşısı, pisi də olmaz”.

Bu sözləri politoloq Azər Qasımov Ermənistanın Hindistandan silah almasını Poliqon.info-a şərh edərkən qeyd edib.

Ermənistan Hindistandan almaq istədiyi 155 mm-lik “MArG” özüyeriyən haubitsalarının sınağını keçirib. Hindistan mediasında yer alan məlumata görə, Ermənistan nümayəndə heyətinin iştirakı ilə sınaqların tam 40 gün davam etdiyini bildirib. “Sınaq” müddətinin bu qədər uzun çəkməsi isə şübhə yaradıb.

Hindistan silahları nə qədər effektlidir və onların silahları keyfiyyətcə Rusiya, ya da İsrail silahları ilə müqayisədə hansısa üstünlüklərə sahibdirmi?

Mövzunu Poliqon.info-un əməkdaşı politoloq Azər Qasımov ilə müzakirə edib.

Azər Qasımov: “Hindistan silah sənayesi zəifdir, demək doğru olmaz, ən azı ona görə ki, onlar nüvə silahı istehsal ediblər”.

Hindistanın Azərbaycanın Pakistanla yaxınlığını əsas gətirib Ermənistanla yaxınlaşdığını vurğulayan politoloq qeyd edib ki, Hindistan eyni zamanda, öz silahlarını onlara satmağa çalışır:

Ermənistanın sülh əvəzinə silah axtarması onu göstərir ki, silahlanma yarışında Azərbaycandan dəfələrlə geri qalan Ermənistan daha effektiv silah axtarışındadır. Belə silahların onlara verilməsi və silah verəcək ölkələrin məhdud olması səbəbindən əllərindəki üç-beş qəpiyi də nəyə və kimə gəldi vermək istəmirlər. Dəfələrlə yoxlayıb almaq istəyirlər.

Hindistan silah sənayesi zəifdir demək doğru olmaz, ən azı ona görə ki, onlar nüvə silahı istehsal ediblər.

Bu, həm uran zənginləşdirilməsi və raket texnologiyası baxımından vacib məsələdir. Buna baxmayaraq Hindistanın əsas silah təchizatçısı Rusiya olub. Hindistanın silah sənayesinin Rusiya ilə əlaqələri Sovet dövründən davam edir. Təbii ki, İsrail silah sənayesinin müasir silah növlərini Hindistanla yox, heç Rusiya ilə müqayisə etmək doğru olmaz. Amma silahın yaxşısı pisi olmaz. Ən pis silah belə öldürmək üçündür.

Hindistan Azərbaycanın Pakistanla yaxınlığını əsas gətirib Ermənistanla yaxınlaşır, eyni zamanda, öz silahlarını onlara satmağa çalışır. İki ölkə bir neçə ildir ki, əməkdaşlıq edir. Müharibədən sonrakı dövrdə bu əməkdaşlıq daha da artıb.

Azər Qasımov: “Ac erməni xalqının pullarını hindlilərə yedirtməkdənsə, sülh üçün çalışmaq erməni rəhbərlər üçün ən ağıllı yoldur”.

Hesab etmək olar ki, Ermənistan hardan silah almasından asılı olmayaraq təhlükəsizliyini buna bağlayır. Bu yolla özlərini qorunmuş hesab etmək istəyir. Onlar dəqiq bilirlər ki, nə silah alsalar da, Azərbaycan bunun ən yaxşısını və ən modern formasını istədiyi yerdən ala bilir. Tək Türkiyə və İsrail silah sənayesinin məhsulları bunun üçün kifayət edər. Azərbaycanın öz istehsal etdiyi silahları hələ nəzərdə tutmuram.

Ac erməni xalqının pullarını hindlilərə yedirtməkdənsə, sülh üçün çalışmaq erməni rəhbərlər üçün ən ağıllı yoldur, nəinki bir-iki ölkədən silah almaqla, onsuz da qorxusundan Azərbaycan əsgərinin qarşısına çıxmayan erməni əsgərini silahlandırıb ölümə göndərmək”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Ceyk Sallivan: İsrailə zərbənin İran üçün dəhşətli fəsadları olacaq

Prezident general-mayoru rütbəsindən məhrum edib

Şirvanda qəza nəticəsində ölən piyadanın kimliyi məlum olub - Yenilənib

Beynəlxalq aviaşirkətlər Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş üçün müraciət edib

Pezeşkian: Netanyahuya deyin ki, İran müharibə aparmır, lakin istənilən təhdidlərə sərt cavab verir

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Dünyada İlk : İnsan 1-ci tip şəkərli diabetdən sağaldı

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Ən çox oxunanalar