Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hacı Şahini əvəzləyən şəxs barədə maraqlı məlumatlar

Martın 2-də dünyasını dəyişən tanınmış ilahiyyatçı, Məşədi Dadaş məscidinin axundu Hacı Şahini əvəzləyən şəxsin kimliyi məlum olub...

Yenisabah.az xəbər verir ki, bundan sonra Hacı Şahini Hacı Elbrus Kərimov əvəz edəcək. Bu gün saat 13:00-da möminlər Məşədi Dadaş məscidində onun imaməti ilə cümə namazı qılacaqlar. 

 Hacı Elbrus Kərimov kimdir? 

Hacı Şahinin xələfi gənc olsa da, məscid camaatı tərəfindən yaxşı tanınır. 

Hacı Elbrus Kərimov 5 noyabr 1992-ci ildə anadan olub. Hacı Şahinin əsas yetirmələrindən biri sayılır. Azərbaycan dili ilə yanaşı, ərəb və rus dillərini də bilir. Hazırda Darul-Hikmət Elm və Tədris mərkəzində müəllim və elmi işçidir.

Mədrəsə təhsilini bitirdikdən sonra İİR Əl-Mustafa Universitetində distant təhsil almağa başlayıb.

Darul Hikmət Elm və Tədris Mərkəzində rus və Azərbaycan bölməsində Ərəb dili, Fars dili, Şəriət və Üsul dərslərini tədris edir.

“Dini anlama məntiqi” adlı kitabın müəllifidir. Kitaba ön sözü müəllimi Hacı Şahin Həsənli yazıb. Mərhum ilahiyyatçı yazmış olduğu ön sözdə tələbəsinin zehni əməyini yüksək qiymətləndirib. 

Sələfindən fərqli olaraq, Elbrus Kərimov sosial şəbəkələrdə o qədər də fəal deyil. Onun “Instagram” hesabını cəmi 725 nəfər, “YouTube” hesabını isə 563 nəfər izləyir. 

Mərhum Hacı Şahin Həsənlinin öz sevimli tələbəsi Hacı Elbrusa həmişə dəstək olduğu bildirilir. Hacı Şahin sağlığında bir neçə dəfə Məşədi Dadaş məscidində cümə namazının Hacı Elbrus Kərimov tərəfindən qılınmasına şərait yaradıb. 

Hacı Elbrus Kərimov ailəlidir, bir qız, bir oğul atasıdır.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay