Cümə axşamı, 03 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan öz sülhsevər mövqeyini bir daha nümayiş etdirdi

Mart ayının 9-da Bakıda öz işinə başlayan və martın 11-nə kimi davan edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu çox mühüm əhəmiyyətə malik olan beynəlxalq tədbirdir. Forum Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında bu məqama xüsusi diqqət yönəltdi ki, Bakı Qlobal Forumunun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı aparıcı beynəlxalq konfranslara uyğundur. Əlbəttə ki, bu, həmsədrlərin, bütün İdarə Heyətinin düşünülmüş və səmərəli fəaliyyətinin təzahürüdür.

Forum iştirakçılarının siyahısına nəzər salsaq görərik ki, bu mötəbər tədbirdə 4 ölkənin Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Bu da bir daha sübut edir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Tədbirdə regionun təhlükəsizlik məsələləri o, cümlədən dəhlizlərdən logistika kimi istifadə olunmasına dair müzakirələrin aparılması düşünülmüş fikirdir. Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, parçalanmış dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq.

Bu mövzuların Forumun gündəliyinə salınması Azərbaycanın tək regionda deyil dünyada sülhün davamlılığında maraqlı olduğunu göstərir. Panel iclaslarında aparılan müzakirələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına və Qarabağda tam sabitliyin həll olunmasına öz müsbət təsirini göstərəcəkdir. Bundan başqa insan haqları ilə bağlı bir sıra məsələlərin həlli istiqamətində tövsiyələr verilib.

Beynəlxalq tədbirdə həm də qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzuları olmuşdur.

Prezident İlham Əliyev məqsədli olaraq beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanda insan haqlarının qorunmasına yönəldib. Azərbaycan Prezidenti çıxışında bildirib ki, müxtəlif etnik qrupların və konfessiyaların nümayəndələri Azərbaycanda ləyaqətli və dinc şəraitdə yaşayırlar. Dövlətimizin başçısı, həmçinin əlavə edib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq, bundan sonrakı dövrdə daha yaxşı olacaqdır.

Qeyd edilməlidir ki, builki Qlobal Bakı Forumuna beynəlxalq səviyyədə kifayət qədər böyük maraq var. Burada çoxsaylı məsələlərin müzakirəsi, eyni zamanda, dünya düzəni ilə bağlı fikirlərin irəli sürülməsi bir daha ondan xəbər verir ki, Bakıda yeni çağırışlara uyğun olaraq təkliflərin təqdim olunmasını müşahidə edirik. Bu, təbii ki, bütövlükdə Azərbaycanın geosiyasi mövqeyini gücləndirən faktorlardan biridir. Belə qlobal platformada Azərbaycan öz həqiqətlərini təqdim etməklə yanaşı, geosiyasi məsələlərlə bağlı münasibətlərin formalaşmasına praktik olaraq töhfə verir. Bu baxımdan X Qlobal Bakı Forumu əhatəlilik, miqyas və təsir baxımından regional və qlobal əməkdaşlığın möhkəmləndirilməsi üçün xüsusi bir platformadır.

X Qlobal Bakı Forumu açılış mərasimindən sonra işini panel iclaslarla davam etdirib və bu iclaslarda müxtəlif istiqamətlər üzrə çoxsaylı problemlər müzakirə edilib.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Poliqon.info

 


Etiket: Azərbaycan


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ruslar taktikalarını təkmilləşdirib: Ukraynanın şərqindəki əraziləri görünməmiş sürətlə itirilir...

Yeni sədr onların da qohumlarını işdən çıxardı - Foto

Prezident general-mayoru rütbəsindən məhrum edib

Bakıda məktəbdə tədris dayandırıldı - şagirdlər evə buraxıldı

NYT: Seçkilərə görə ABŞ-ın İsrailə kifayət qədər təsir aləti yoxdur...

Maaş, pensiya və sosial ödənişlər nə qədər artacaq?

Bakıda qorxunc ağ Amerika həşəratları yayılır: "Təcili tədbirlər görülməsə..." - Foto

SOCAR 2035-ci ilə qədər layihə portfelini şaxələndirməyi planlaşdırır

Ayxan Hacızadə: Varşava Forumu anti-Azərbaycan əhval-ruhiyyəsinin qızışdırılmasına yönəlib

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - Yenilənib

AMEA prezidentinə müşavirlər təyin olunub - Foto

Ən çox oxunanalar