Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vaşinqtonun Bakı və Yerevan arasında birbaşa danışıqlar təklifi... - Səmərəli ola bilər?

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib...

Politoloq: “Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib”.

“Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib”.

Bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşavirinin bölgəyə səfərinin nəticələrini Poliqon.info-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bonon bölgəyə səfəri zamanı Bakıda prezident İlham Əliyevlə, İrəvanla baş nazir Nikol Paşinyanla görüşdü. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirdi.

Bəs birbaşa danışıqlar səmərəli ola bilərmi?

Mövzunu Poliqon.info-un əməkdaşı Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Amerikalı diplomatı bu çağırışı ilə bir çox tərəflərə, mesaj verir ki, Azərbaycanla Ermənistan arasındakı birbaşa dialoqun olmasının ziyanı yoxdur. Xüsusilə özlərini vasitəçi olaraq görən tərəflər iki tərəfli təmasa dəstək verməlidir”.

Hər iki tərəfin daimi işçi qrup formalaşdıra biləcəyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, həmin qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilər:

“Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var. Bu Moskva, Brüssel və Vaşintondur. İki ildir danışıqlar müxtəlif formatlarda gedir, amma nəticə yoxdur.

Yaxın tarix göstərir ki, müxtəlif münaqişələrin qısa və uzunmüddətli həllərində birbaşa danışıqlar nəticə verməyib. Əsasən tərəfsiz vasitəçilər münaqişələrin həllində önəmli rol oynayırlar. Misal üçün Serbiya ilə Kosovo arasında gərginlik illərdir davam edir. Birbaşa təmaslar nəticə verməyib. Bu ikisi arasında əsas iki vasitəçi - Vaşinqton və Brüssel var. Hazırda həm Kosovo, həm Serbiya Avropa İttifaqının həll planına razılaşmaq ərəfəsindədir. Barış olarsa, hər ikisinin Avropa İttifaqına üzvlüyü reallaşacaq.

Buna baxmayaraq, Amerikalı diplomatı bu çağırışı ilə bir çox tərəflərə, mesaj verir ki, Azərbaycanla Ermənistan arasındakı birbaşa dialoqun olmasının ziyanı yoxdur. Xüsusilə özlərini vasitəçi olaraq görən tərəflər iki tərəfli təmasa dəstək verməlidir. İki tərəf arasında sülh müqaviləsi ilə bağlı daimi işçi qrup formalaşdırıla bilər və bu qrup Tiflisdə müxtəlif məsələləri daimi əsasda müzakirə edə bilər. Düşünürəm ki, bunun ümumi nəticəyə ancaq müsbət təsiri olar”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Məşhur COVID peyvəndinin mənfi təsirləri təsdiqləndi

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Bürclərin yanlış bilinən xarakterləri - Əsas miflər

Paltaryuyan maşına içində dəfnə yarpağı olan corab qoyun

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

“Avroviziya”dan bir gün öncə Quran yandırılacaq

Ən çox oxunanalar