Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

OPEC neft bazarına nəzarəti bərpa edir…

Neft bazarında tələb və təklif arasındakı tarazlıq hər an pozula bilər ki, bu da qiymətlərin kəskin sıçrayışına səbəb olacaq…

Poliqon.info xəbər verir ki. bu barədə Financial Times-ın məlumatında bildirilir.

Şist inqilabı zəifləyir və neft bazarına nəzarət yenidən OPEK-in əlində keçir. Bu fikri sənaye şirkətlərinin bəzi rəhbərləri də bölüşürlər və bu il bu enerji resursunun qiymətinin bahalaşa biləcəyi barədə xəbərdarlıq edirlər. Şist şirkətləri 2022-ci ildə çoxlu pul qazanıblar, lakin artan xərclər və dividend ödəmək üçün investor təzyiqi ABŞ-ın tədarük artımını zəiflədir, deyə FT bildirir.

Nəşr qeyd edir ki, zəif perspektiv, hasilatı sürətlə artırmaq qabiliyyətinin şist sənayesini bazar gücünə malik və Səudiyyə Ərəbistanı ilə rəqabət apara bilən yeni stabilləşdirici istehsalçıya çevirəcəyinə inanılan əvvəlki onillikdə hökm sürən tendensiyanın tərsinə çevrilməsidir.

“Məncə, hazırda sənayeyə rəhbərlik edən üç ölkə var və növbəti 25 il ərzində heç nə dəyişməyəcək. Bu siyahıda Səudiyyə Ərəbistanı birinci, Birləşmiş Ərəb Əmirlikləri ikinci, Küveyt üçüncüdür”, deyə Amerikanın ən böyük müstəqil şist neft şirkəti olan “Pioneer Natural Resources”un baş icraçı direktoru Skott Şeffild deyib.

Şeffild Hyustonda keçirilən illik CERAWeek enerji sənayesi konfransında çıxış edərək, artan tələbatı ödəmək üçün nə qədər neftin tədarük edilə biləcəyini müzakirə edib. Digər aparıcı şist nefti istehsalçısı “Devon Energy”nin baş icraçı direktoru Rik Mankrif deyib ki, tələb artdıqca və qlobal neft tədarükünün azalması səbəbindən yenidən qiymət artımından qorxur.

“Biz yeni qiymət artımnın astanasındayıq. Ona görə də mən indi yalnız narahatam, amma düşünürəm ki, növbəti 12 ayda vəziyyət çox ciddiləşəcək”, dedi Rik Mankrif FT-yə müsahibəsində deyib.

“Bu o deməkdirmi ki, əgər dövlətlər hasilatı hazırkı səviyyədə saxlasalar, OPEK bazara nəzarəti bərpa edəcək? Biz dünya neft hasilatının 10%-nə cavabdehik və bazarda OPEC+ daha çox neft payına sahibdir. Beləliklə, bəli, OPEC+ hazırda şərtləri diktə etmək üçün bizdən daha çox gücə malikdir.

FT qeyd edir ki, ötən il Ukraynadakı hərbi münaqişə fonunda “Brent” markalı neftin qiyməti bir barel üçün 130 dollara qədər yüksəlmişdi. Sonra OPEK ölkələri hasilatı artırdı, Rusiya tədarük həcmini saxladı, dövlətlər isə strateji ehtiyatlardan neft buraxdılar. Bütün bunlar bazarın sabitləşməsinə kömək etdi.

Lakin “sıfır Covid” siyasətinin ləğvindən sonra Çin iqtisadiyyatının bərpası qiymət artımının qarşısını almaqda çətinlik çəkən tədarükçülərə əlavə təzyiq göstərəcək. Bu arada, OPEK, ABŞ-ın qınağına səbəb olan razılaşma ilə noyabr ayından bəri gündəlik kvotalarını 2 milyon barel azaldır.

ABŞ istehsalı 2020-ci ildəki çöküşdən sonra yavaş-yavaş bərpa olunur. Hazırda ölkə gündə 12,4 milyon barel neft hasil edir ki, bu da pandemiyadan əvvəlki səviyyədən xeyli aşağıdır. Şist rəhbərləri hasilatın gələcəkdə daha yavaş artacağını bildiriblər.

OPEC-in bazar payının bu gün 30%-dən 50%-ə yüksəlməsi ehtimalı var. Bu trayektoriyanı dəyişdirmək üçün bir şey etməsək, dünya 70-80-ci illərdəki vəziyyətinə qayıdacaq.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Cəlilabadda çiyələyin qiyməti 4 dəfə ucuzlaşıb 

MSK sabah Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə məsələyə baxacaq

Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirilib, üç vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Neftin qiyməti sürətlə ucuzlaşır: Səbəblər nədir?..

Talıbovlara bağlı olan 16 milyonluq şirkət ləğv olunaraq 37 milyonluq şirkətə birləşdi

Ən çox oxunanalar