Bazar, 06 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bryansk diversiyasının yalanları və doğruları…

Ukrayna ordusunun Diversiya Kəşfiyyat Qrupu deyil, girov götürülməyib, məktəb avtobusu atəşə tutulmayıb… Bəs yerdə nə qalıb?..

Bryansk vilayətində baş verənlərlə bağlı denən gün ərzində Rusiya mediası və hərbi blogerlər tərəfindən irəli sürülən demək iolar ki, bütün xəbərlər axşama doğru təkzib edilib.

Poliqin.info Vladimir Putinin “terror hücumu” adlandırdığı hadisənin təfərrüatlarını “Dojd” telekanalına istinadən təqdim edir:

Ukrayna Silahlı Qüvvələrinin təxribat qrupu

İlk versiya 11:30 radələrində ortaya çıxıb. Vilayətin qubernatoru Aleksandr Boqomaz teleqram kanalında “Bu gün Ukrayna diversantları Lyubeçan kəndindəki Klimovski rayonunun ərazisinə daxil olub”, deyə yazıb. Daha sonra Ukrayna tərəfində döyüşən “Rusiya Könüllülər Korpusu”nun döyüşçüləri Bryansk vilayətinin Lyubeçan kəndindəki feldşer məntəqəsi yaxınlığından video yayımlayıblar. Videonu şərh edən Ukrayna hərbi kəşfiyyatının sözçüsü Andriy Yusov Financial Times-a deyib ki, bu, Ukrayna Silahlı Qüvvələrinə daxil olmayan və Ukraynanın hərbi quruluşlarında təlim keçməyən “müstəqil birləşmə”dir. Yəni Ukrayna ordusunun Diversiya Kəşfiyyat Qrupu (DKQ) deyil.

Məktəb avtobusunun atəşə tutulması

Bryansk vilayətində “DKQ” haqqında ilk xəbərlərdən dərhal sonra SHOT teleqram kanalı diversantlar tərəfindən məktəb avtobusunun atəşə tutulduğunu yazıb. Lakin tezliklə bu məlumatı Bryansk vilayətinin qubernatorunun müavini təkzib edib. Qubernator müavini əlavə edib ki, bütün məktəblər distant təhsildədir.

Vladimir Putinin səsləndirdiyi sonrakı versiyaya görə, təxribatçılar içində mülki şəxslərin və uşaqların olduğu “Niva”ya hücum edərək ona atəş açıblar. “Baza“ Telegram kanalı sürücünün üç uşağı məktəbə apardığını bildirib.

Bununla bağlı “Rusiya Könüllülər Korpusu”nun anonim döyüşçüsü Rusiya mətbuatına verdiyi müsahibədə “iki BMP-ni pusquya saldıqlarını” deyib. “Qurbanları görmədim. Amma bir yaralı sərhədçi olub”, deyə mənbə bildirib.

Qızın ölümü

Rusiya KİV-ləri əvvəldən uşaqlarla bağlı ziddiyyətli məlumatlar dərc ediblər. Məsələn, TASS Agentliyi atəş zamanı bir qızın yaralandığını yazsa da, sonradan bunun oğlan olduğunu dəqiqləşdirib. Bəzi Telegram kanalları, o cümlədən SHOT, qızın xəstəxanada dünyasını dəyişdiyini bildirib.

Vilayət qubernatoru iki nəfərin öldüyünü və bir oğlanın yaralandığını rəsmən açıqlayıb. Ölənlərin hər ikisi Lübeçan kəndinin sakinləridir. Onlardan birinin sürücü, ikincinin isə 1966-cı il təvəllüdlü kişi olduğu məlum olub. Lubeçan kənd sakini “Dojd” kanalına kənddə iki nəfərin öldürüldüyünü təsdiqləyib. “Biri qonşu kənddəndir, biri isə bizim kənddəndir. Onları maşında güllələniblər”, deyə kənd sakini bildirib.

Girov götürülməsi

Artıq mediada və bloqlarda ilk xəbərlərdən yarım saat sonra girov götürülməsi ilə bağlı məlumatlar peyda olub. Nəşrlər müxtəlif sayda girovların götürüldüyünü açıqlayıb. TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən 6 nəfərin girov götürülməsi haqqında yazıb.

“Baza” və “Readovka” Telegram kanalalrı yerli sakinlərə istinadən Suşanıdakı girovlar haqqında yazıblar. Bəzi blogerlər daha çox girov götürüldüyünü bildirib. Məsələn, “WarQonzo” 100-ə yaxın girov haqqındayazıb, lakin sonra öz yazısına düzəliş edib.

Girovlar barədə tez-tez hücuma məruz qalan ikinci ərazi, Suşanı qəsəbəsinin icra başçısına istinad etsələr, daha sonra məlum olub ki, yerli hakimiyyət orqanlarının girov götürülməsi barədə xəbər yaymayıblar.

Gün ərzində agentliklər və blogerlər girovlar haqqında yazmağı dayandırıblar. FTX-nın axşam yaydığı press-relizdə deyilib ki, “Millətçilər Ukrayna ərazisinə sıxışdırılıb və onlara kütləvi artilleriya zərbəsi endirilib”. Lakin Suşanı kənd sakini “Dojd”a deyib ki, “diversantlar” özləri nahara doğru çıxıb gediblər, rus qoşunları isə yalnız əraziyə gəliblər.

Təhlükəsizlik Şurasının fövqəladə iclası

Bir sıra nəşrlər Bryansk vilayətində təxribat qrupunun meydana çıxması ilə əlaqədar Təhlükəsizlik Şurasının təcili iclasının çağırıldığını yazıb. O cümlədən, “Verstka” Teleqram kanalı bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazıb. Nəşrin məlumatına görə, görüş sadəcə planlaşdırılmayıb, xəbərin dərci zamanı artıq baş tutmuşdu.

Dövlət Dumasının deputatı Andrey Qurulev RTVI-ya Təhlükəsizlik Şurasının təcili iclasının martın 2-də keçirilməli olduğunu təsdiqləyib.

Prezidentin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Təhlükəsizlik Şurasının iclası yalnız növbəti gün, martın 3-də baş tutacaq. Peskov bildirib ki, cümə axşamı prezident yalnız FTX rəhbərinin, müdafiə nazirinin və Milli Qvardiya rəhbərinin hesabatlarını alıb.

Eyni zamanda, dövlət başçısı Pyatiqorskdakı “Maşuk” gənclər vətənpərvərlik mərkəzinə baş çəkməyi planlaşdırdığı Stavropol diyarına səfərini ləğv edib.

Yerdə nə qaldı?..

Açıq mənbələrdəki təkzib olunmayan məlumatlara görə dünən axşam saatlarında baş verənlərin mənzərəsi belə görünüb: Səhər Ukrayna ilə sərhəddəki iki kənddə - Suşanı və Lyubeçanda “diversantlar” peyda olub. Ən azı bir kəndə - Lyubeçanda Ukrayna Silahlı Qüvvələrinə daxil olmayan “Rusiya Könüllülər Korpusu”nun döyüşçüləri faktiki olaraq olublar və ordan video yayıblar. “Diversantlar” yaşayış iki məntəqəsində bir neçə saat qalıb, sonra Ukrayna ərazisinə qayıdıblar. Hadisə nəticəsində iki nəfər öldürülüb, bir uşaq isə yaralanıb.

Rusiya prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

Suşanı kənd sakinlərinin “Dojd”a verdiyi məlumata görə, kənddə ev yanıb, qazpaylayıcı stansiya və su nasosu partlayıb.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Azərenerji” nin prezidenti Balababa Rzayevə şiddətli töhmət elan edilib

“Şöhrət” ordeni ilə təltif edilən Sabir Hacıyev kimdir? - Dosye

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə komanda-qərargah təlimi başa çatıb

Bakıda internetə qoşulmayanların telefonunu kəsirlər? 

"Komedixana"nın aktrisasının aktyorlarla rəqsi diqqət çəkdi - Video

İsralin Bunkerə endirdiyi zərbələr nəticəsində Haşim Safiəddindən xəbər yoxdur

Rayon rəhbəri şəhid anasını 50 illik yubileyi münasibəti ilə ziyarət edib

Vüqar Səfərli yenə narazıdır - Hər şeyini geri istəyir

7 evdən 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb - Video

Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

MDB-yə üzv dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin növbəti görüşü keçirilib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay