Çərşənbə axşamı, 08 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Adil Kərimli təmizliyə başladı - 30-dan çox vəzifəli şəxs işdən çıxarıldı

Son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrin fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb...

Dekabrın 22-də Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin edilən və eyni zamanda nazir vəzifəsinin icrası ona tapşırılan Adil Kərimli ciddi kadr islahatına başlayıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu vəzifəyə təyinatından az bir müddət keçməsinə baxmayaraq, Adil Kərimlinin mədəniyyət sahəsinin inkişafına yönələn islahatları kadr dəyişikliklərini də əhatə edib. Belə ki, keçmiş nazir Anar Kərimovun dövründə necə gəldi vəzifəyə təyin olunan, şəxsi münasibətlər zəminində irəli çəkilən, amma bacarığı və peşəkarlığı ilə nazirliyin fəaliyyətinə uyğun gəlməyən şəxslər ortaya çıxarılır, barələrində ciddi ölçü götürülür və müqavilələrinə xitam verilərək nazirlikdən uzaqlaşdırılırlar.

Bildirilib ki, son iki ayda Mədəniyyət Nazirliyinin sistemində, regional idarə və şöbələrin fəaliyyətində ciddi nöqsan aşkarlanmış 30-dan çox rəhbər şəxs və əməkdaş işdən çıxarılıb.

Əldə etdiyimiz yeni məlumata görə, bu gün mədəniyyət nazirinin birinci müavini Adil Kərimlinin əmri ilə nazir müşaviri Fuad Məmmədov, nazirliyin teatr sektorunun müdiri Könül Cəfərova, İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova da vəzifələrindən azad ediliblər.

Göründüyü kimi proses yeni başlasa da, sürətlə davam etməkdədir. Yaxın günlərdə sözügedən vəzifələrə də yeni təyinatların olacağı gözlənilir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanın müdafiə nazirinə yeni müavin təyin olunub

15 yaşlı qızı öldürən Kənan intihar edibmiş: Sevinc qətlə yetirilərkən hamilə olub - Yenilənib

Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıb, 6 nəfər xəsarət alıb - Yenilənib

Yeni vəzifəyə təyin olunan Namiq İslamzadə kimdir? - Dosye

"Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib" - polkovnik Üzeyir Cəfərov 

Moskvada MDB-yə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib - Yenilənib

İşdən azad olunan şəxsin pensiyası yenidən necə hesablanır?

ASCO maliyyə zərərinin səbəblərini açıqlayıb

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Azərbaycanı 75-ci Beynəlxalq Astronavtika Konqresində 50-dən çox gənc təmsil edəcək

Ən çox oxunanalar