Yeni bir araşdırma göstərir ki, elm adamları əvvəllər qütblərdəki buz təbəqələrinin hesablandığınadan daha sürətli çökəcəyini göstərən bəzi detalları nəzərdən qaçırıblar…
Poliqon.info xəbər verir ki, bu barədə Science Alert nəşri yazıb.
Nəşr bildirir ki, son bir neçə onillikdə elm adamları qlobal istiləşmənin qarşısını almaq və planetin orta temperaturunu məqbul səviyyədə saxlamaq üçün çarə tapmağa çalışır, bununla da hər iki qütbdə buz təbəqələrinin əriməsi davam edir və proses artıq geridönməz hala çevrilir.
Yeni bir araşdırmalar göstərir ki, Yerin temperaturunu maksimum 2°C-yə çatdırıla bilinsə belə, Qrenlandiya və Antarktidanın nəhəng buz təbəqələri əriməkdə davam edəcək və tezliklə nəhəng aysberqlər qütblərdən ayrılıb okeana doğru gedəcəklər.
Qeyd edək ki. son illər alimlər bütün imkanları ilə iqlim istiləşməsinin qarşısını almağa çalışırlar.
Koreyadakı Əsas Elmlər İnstitutunun iqlim üzrə mütəxəssisi, fizik Axel Timmermannın sözlərinə görə, elm adamları bu emissiya hədəfini qaçırsalar, “yer kürəsinin qalxanları sürətlə çökməyə və əriməyə başlayacaq”. Bunu alimlərin yeni hesablamaları sübut edir.
Yeni araşdırmada alimlər simulyasiyada əvvəllər nəzərə alınmayan əks əlaqə mexanizmlərindən istifadə ediblər. Busan Milli Universitetinin iqlimşünası Cun Yanq Parkın dediyinə görə, o və həmkarları qopma nöqtəsinin “gözləniləndən daha sürətli yaxınlaşdığını” kəşf ediblər.
Park qeyd edir ki, Qrenlandiya və Antarktida buz təbəqələrinin dinamikasını təqlid edən ilk kompüter modelləri çox vaxt əriyən buz təbəqələrinin okean proseslərinə təsir etdiyini, bunun da eyni zamanda Yerin buz təbəqələrinə və atmosferinə təsir etdiyini nəzərə almırdı.
Bildirilir ki, quruda və dənizdə buz artan sürətlə əriməyə davam edir, ərimiş su okeana axır və səthdə cəmlənir, bununla da yerin dərinlikləri ilə atmosfer arasındaki istilik mübadiləsi prosesi pozulur. Bu isə yerin dərinliyində tempraturun artmasına səbəb olur.
Tədqiqatçılar hesab edirlər ki, bu əlavə istilik əslində Antarktika Buz Şelfini saxlayan donmuş dayaqların əriməsini daha da sürətləndirir. Bu da öz növbəsində külli miqdarda ərimiş suyun okeana axmasına səbəb olacaq.
Poliqon.info